Belorus Teatrının solistləri Azərbaycan səhnəsində
12 aprel 2011 16:45 (UTC +04:00)

Belorus Teatrının solistləri Azərbaycan səhnəsində

Tamaşada Azərbaycanın balet ustaları ilə yanaşı, əsas partiyaları ifa etmək üçün Belorus Milli Akademik Opera və Balet Teatrının solistləri – balet ulduzları Olqa Qayko və Oleq Yeromkin Bakıya dəvət olunub. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Olqa Qayko “Qu gölü” baletinin tamaşasında Odetta-Odilliya rolunu ifa edəcək. O, bir sıra mötəbər balet müsabiqələrinin qızıl medalı və birinci mükafatının sahibidir. Böyük Britaniya, Almaniya, Yaponiya, İsveçrə, İtaliya, Hollandiya kimi ölkələrdə uğurlu qastrol səfərlərində olub.


Olqanın tərəf müqabili Şahzadə Ziqfrid partiyasının ifaçısı Oleq Yeromkin də balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatıdır.

Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

Xəyalə
# 647

Oxşar yazılar