İlhamə Quliyeva Azərbaycan bayrağını vəsf edəcək
12 aprel 2011 16:58 (UTC +04:00)

İlhamə Quliyeva Azərbaycan bayrağını vəsf edəcək

Sənətçi klipi 28 May – Respublika Günü ərəfəsində dünya azərbaycanlılarına hədiyyə edəcək. Bu barədə Lent.az-a klipin rejissoru Nail Naiboğlu məlumat verib. Nail Naiboğlu deyib ki, bu, onun İlhamə Quliyeva ilə 7-ci klipi olacaq: “ Biz İlhamə xanımla çox gözəl dostuq. Əməkdaşlığımız qarşılıqlı anlaşma ilə alınır, 7-ci klip işimizdir. Çəkilişlər pavilyonda olacaq. Klipdə daha çox bayrağımız tərənnüm olunacaq”.


Qeyd edək ki, “Bayrağımız” mahnısının sözləri Gülnaz Hüseynovaya, musiqisi isə Novruz Aslana məxsusdur.

Lalə
# 642

Oxşar yazılar