Azərbaycanlı bəstəkarın ürək dağlayan aqibəti
11 aprel 2011 11:57 (UTC +04:00)

Azərbaycanlı bəstəkarın ürək dağlayan aqibəti

Türkiyə mətbuatında Azərbaycan əsilli bir bəstəkarla bağlı maraqlı fakt ortaya çıxıb.

Lent.az xəbər verir ki, Rəna Dişa adlı köşə yazarı daşnakların Qarsı Ermənistanın paytaxtı etmək barədə sərsəm iddialarına cavab olaraq yazdığı “Başkent KARS” adlı yazısında həmin bəstəkarla bağlı faktı açıqlayıb. Yazarın bildirdiyinə görə, 6 oktyabr 1924-cü ildə Mustafa Kamal Atatürk Qars şəhərinə səfər edir. Mustafa Kamal dəmiryol vağzalında mahnılar və folklor oyunları ilə qarşılanır.

Hoş gəlişlər ola Mustafa Kamal Paşa
Əsgərin, millətin, bayrağınla çox yaşa

Cəbhədə süngülər ayna kimi parlayır
Azəri Türkləri bayraq açmış bəkləyir

Parlayan ulduzun aləmi tenvir edər (işıqlandırar – red.)
Cümhuriyyət bayrağın səmalar içrə üzər

Bu mahnının bəstəkarı azərbaycanlı Tağı Oşenyüzəndir. Həmin vaxt Atatürk bəstəkarı bu şərqiyə görə mükafatlandırır və ona 500 lirəlik çek yazır. Çox kasıb olan bəstəkar ölənə qədər yoxsulluq içində yaşayıb. Bu yoxsulluğa dözməyib və sonda intihar edib.

Və ən heyrətamizi....

...Ölümündən sonra onun evindən həmin 500 lirəlik çek tapılıb. Məlum olub ki, o qədər yoxsulluğa, səfalətə baxmayaraq, bəstəkar çeki pula çevirməyib - çekdə məhz Atatürkün imzası olduğu üçün...

Canına qəsd edən yoxsul bəstəkar Atatürkün imzasına qıymayıb...
# 612

Oxşar yazılar