“Tanıyaq, tanıtdıraq” silsiləsi başlayır
09 aprel 2011 15:14 (UTC +04:00)

“Tanıyaq, tanıtdıraq” silsiləsi başlayır

Bu barədə Lent.az-a ictimai birliyin nəzdində fəaliyyət göstərən uşaq və gənclərlə iş şöbəsinin rəhbəri Cəfər Mənsimi məlumat verib.

Məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd, uşaq və gənclərin dünya görüşünün hərtərəfli inkişafına dəstək olmaq, onların mütaliəyə olan marağını artırmaq və şairin yaradıcılığı ilə yaxından tanış olmaqdan ibarətdir. İlk tədbir aprelin 12 də Badamdar Mədəniyyət evində baş tutacaq. Tədbir şair Qələndər Xaçınçaylının yaradıcılığına həsr olunub. Tədbirdə şairin sənət dostları çıxış edərək onun yaradıcılığı barədə söz açacaqlar. Bundan başqa, tədbir əməkdar incəsənət xadimi Murad Rzayevin rəhbərlik etdiyi “Qarabağ Bülbülləri” ansamblının ifası ilə davam etdiriləcək.

Qeyd edək ki, şair Qələndər Xaçınçaylı 1980-cı ildən Azərbaycan mətbuatında çalışır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür. Bu günə qədər 8 kitabı işıq üzü görüb.

Cəfər Mənsimi onu da qeyd edib ki, silsilə tədbirlər çərçivəsində bir istedadlı şair və ya yazıçının kitabının nəşr olunması da nəzərdə tutulub.

Xəyalə
# 644

Oxşar yazılar