Bakıda Beynəlxalq Moda Festivalı keçirilib
07 aprel 2011 12:36 (UTC +04:00)

Bakıda Beynəlxalq Moda Festivalı keçirilib

Lent.az-ın məlumatına görə, festival gənc modelyerlərin əmək qabiliyyətlərini üzə çıxarmaq, əcnəbi ölkələrlə gələcəkdə əməkdaşlıq etmək məqsədilə keçirilir.

Festivalda iştirakçılar - Olqa Kabanok (Qazaxıstan), Olya Barkova (Qazaxıstan), Yelena Belorusova (Qazaxıstan), Ayan Qodurova (Qazaxıstan), Taisiya Çursina (Özbəkistan), Aypəri Obozova (Qırğızıstan), Anjelina Vlasova (Rusiya), İrina Kuzmenko (Ukrayna), Svetlana Dobrovolskaya (Ukrayna), Nataliya Bereqa (Moldova), Lyudmila Matey (Moldova), Dariya Qriuk (Belarus), Nataliya Lexove (Belarusiya), Kəmalə Səfəraliyeva (Azərbaycan), Nurlana Hüseynova (Azərbaycan), Leyla Eyvazova (Azərbaycan), Nəzakət Əhmədova (Azərbaycan), Çinarə Nadirhüseynova (Azərbaycan) və Təranə Sultanova (Azərbaycan) əl işlərini nümayiş etdiriblər.

Festival iştirakçıları Gənclər və İdman Nazirliyi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Lalə Yusifqızı
# 1409

Oxşar yazılar