Aşıqlar Birliyinin sədri: “Biz buna hələ tam hazır deyilik”
06 aprel 2011 16:40 (UTC +04:00)

Aşıqlar Birliyinin sədri: “Biz buna hələ tam hazır deyilik”

Bu istedadları üzə çıxarmaq üçün axtarışlar aparırıq. Axtarışlardan məlum olur ki, bütün rayonlarda, zonalarda güclü saz potensialı yetişir”. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub deyib. O bildirib ki, axtarışlar müxtəlif yollarla həyata keçirilir: “Bütün rayonların mədəniyyət şöbələrinin rəhbərləri ilə, eyni zamanda bu sahənin həvəskarları ilə əlaqə saxlayırıq. Bu istedadları tapmaq üçün xalq özü də kömək etməlidir. Zəng vurub deməlidirlər ki, hansı rayonda hansı istedadlı aşıq var”.

Zəlimxan Yaqub gənc və istedadlı aşıqların üzə çıxarılması üçün müsabiqənin keçiriləcəyini də söyləyib. Lakin bunun nə vaxt həyata keçiriləcəyi hələ məlum deyil: “Müsabiqə də keçiriləcək, amma biz buna hələ tam hazır deyilik. Müsabiqənin ciddi şərtləri var. Muğam yüz illərdir şəhərdə oturuşmuş bir sənətdir. Amma aşıq sənəti Bakıya təzə gəlib. Biz onu oturuşmuş sənət səviyyəsinə qaldırmaq, o müsabiqəni yüksək keçirmək üçün böyük təşkilati işlər görməyik və əlbəttə o işlər görülür də”.

Xəyalə Muradlı
# 750

Oxşar yazılar