Rasim Balayevin problemləri bitmir
05 aprel 2011 15:01 (UTC +04:00)

Rasim Balayevin problemləri bitmir

Xalq artisti Rasim Balayevin səhhətində problemlər var. Bu barədə Kulis.az-a xalq artisti özü məlumat verib. Özünün dediyinə görə, əməliyyatla ayaq barmağındakı yaradan yaxa qurtaracağını zənn edib, amma əməliyyatdan xeyli keçməsinə rəğmən yarası hələ də onu incitməkdə davam edir.

Rasim Balayevin indi geniş yayılmış olan şirin xəstəliyi var - “şəkərli diabet”. Odur ki, adi bir yara uzun üzücü problemə çevrilir.
Rasim Balayevin başqa bir problemi Kinematoqrafçılar İttifaqının 9 aydır ki, dövlətdən məvacib almamasıdır. İttifaqın katibi kimi Rasim Balayevin döymədiyi dövlət qapısı qalmayıb, “gözlə” deyirlər, amma məsələ həll olunmur ki, olunmur: “Belə getsə ittifaqı bağlayıb, gedib dublyajda-filanda işləyəcəm.”


Rasim Balayev Milli Dram Teatrına dəvət olunması ilə bağlı gəzən söz-söhbətə də aydınlıq gətirib: “Elə-belə xəbər yayılmır, dəvət etmişdilər, amma imtina etdim. İmtina etməyimin də bir neçə səbəbi var. Əvvəla, orda elə bir rejissor yoxdur ki, mən hayıl-mayıl olub, şirnikib gedəm. İkincisi də o teatrda sanballı repertuar yoxdur, mən hansı tamaşada oynaya bilərəm, gərək gedəndə də tutarlı iş üçün gedəsən də, rüsvay olmaq üçün getmək mənə yaraşmaz”.
# 762

Oxşar yazılar