
MKM-də Paşa Qəlbinur və Natiq Rəsulzadə canfəşanlıq edir
Milli Kitab Mükafatının “short listi”, onluğu açılandan sonra ehtiraslar qızışıb. Adı onluğa düşən yazıçılar qalib gəlmək üçün şəxsi əlaqələrini işə salır, müxtəlif yollarla münsiflərə təsir göstərməyə çalışırlar. Bu işdə iki yazıçı xüsusi fəallıq göstərir. Onların birinin Natiq Rəsulzadənin adını AYB-nin gənclər katibi Rəşad Məcid “Azadlıq Radio”suna açıqlamışdı.
MKM münsiflərinin birindən aldığımız məlumata görə son dövrlərdə Paşa Qəlbinur da xüsusi fəallıq göstərməyə başlayıb. O şəxsi münasibəti olduğu münsiflərə zəng vurur, özünə yüksək səs yazmalarını xahiş edir. Münasibəti olmayan münsiflərə çıxmaq üçün iş aparır, onların yaxın çevrəsinə aid olan adamlar vasitəsi ilə xahişini çatdırır.
Paşa Qəlbinurun cəhdlərindən Natiq Rəsulzadə də xəbərdar və narahatdır. Belə ki, o, mətbuata açıqlamasında ilk dəfə nəsr yazan şairin onluğa düşməsindən narazılığını bildirib. Siyahıda Paşa Qəlbinurdan başqa şairin yer almaması hədəfi konkretləşdirir. Onluqda xeyli tanınmış yazıçı olduğu halda Natiq bəyin Paşa bəyi hədəf alması başqa cür izah oluna bilməz.
Münsiflərin sayının keçən ilə görə artırılması yazıçıların işini də xeyli çətinləşdirir. Belə ki, münsiflər heyəti 17 münsifdən ibarətdir. Hər hansı bir yazıçının qalib adını alması üçün 17 münsifdən də müsbət rəy almalıdır.
Milli Kitab Mükafatının qalibi may ayının 28-ində açıqlanacaq.
Kulis.az
Oxşar yazılar

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
27 iyul 2025 , 14:44
Arif Babayevin vəziyyəti ağır olaraq qalır - YENİLƏNİB
26 iyul 2025 , 14:38
Allahverdi Yolçuyevə iş tapıldı - ÖZÜ DANIŞDI
26 iyul 2025 , 11:34
Qədim Romada xəyanət edən qadına hansı cəza verilirdi? - Qan donduran FAKTLAR
25 iyul 2025 , 20:15
"336 manat 58 qəpik təqaüd alıram" - Küçədə corab satan aktyorla MÜSAHİBƏ
25 iyul 2025 , 14:54
Leonardo da Vinçi müəmması: Kainatın sirrini “Vitruviyalı adam”ın ayaqları arasında gizlədib
22 iyul 2025 , 20:15
Şuşada Vaqif Poeziya günləri keçirilir
22 iyul 2025 , 18:37