Fuad Poladov Hamlet roluna yeni namizəd tapdı
04 aprel 2011 15:03 (UTC +04:00)

Fuad Poladov Hamlet roluna yeni namizəd tapdı

Bu barədə Lent.az-a aktyor özü məlumat verib. O bildirib ki, hazırda “Hacı Murad” əsəri Azərbaycan dilinə tərcümə olunur: “Bundan öncə əsər bir dəfə tərcümə olundu. Amma bəyənilmədi. Oxuduq, xoşumuza gəlmədi. Ona görə ikinci dəfə başqa birinə tərcümə olunmağa verilib. Mənə elə gəlir ki, gələn ayın əvvəlində artıq məşqlərə başlanar”.

Fuad Poladov “Azdrama”da bərpa olunması nəzərdə tutulan “Hamlet” tamaşası ilə bağlı da danışıb: “Bu tamaşanın bərpa olunacağı deyilir. Əlbəttə ki, bu, çox yaxşı olar. Amma mən öz fikrimi bildirmişəm ki, uzağı bircə tamaşada oynayacağam. Hamlet obrazına Elşən Rüstəmovun namizədliyini irəli sürmüşəm. Məşqlərdə də ona kömək edəcəyəm. Hesab edirəm ki, o, bu rola uyğun gəlir”.

Xəyalə Muradlı
# 680

Oxşar yazılar