“Azdrama” Polşa teatrları ilə əməkdaşlığa başlayır
02 aprel 2011 19:17 (UTC +04:00)

“Azdrama” Polşa teatrları ilə əməkdaşlığa başlayır

Teatrın mətbuat katibi Elçin Cəfərovun Lent.az-a verdiyi məlumata görə, layihənin birinci mərhələsi 3-11 aprel tarixlərində Akademik Milli Dram Teatrının 4 nəfərdən ibarət nümayəndə heyətinin Polşaya yaradıcılıq səfəri ilə başlanır. Nümayəndə heyətinə teatrının direktoru İsrafil İsrafilov, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, Milli Dram Teatrının prodüseri Rəcəb Məmmədov və teatrın meneceri, layihənin əlaqələndiricisi Səbuhi Məmmədov daxildirlər.

Səfər çərçivəsində Akademik Milli Dram Teatrının nümayəndə heyətinin Polşanın Varşava və Krakov şəhərlərinin teatr həyatı ilə tanış olması, teatrların rəhbərləri ilə görüşlər, qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub.


Xəyalə
# 812

Oxşar yazılar