Rəsul Rza anılıb
01 aprel 2011 18:30 (UTC +04:00)

Rəsul Rza anılıb

Lent.az-ın məlumatına görə, ziyalıların, tanınmış filoloq alimlərin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qoca Rəsul Rza poeziyasının səmimiyyət və həzinliklə cilalanmış fəlsəfəsindən, şairin sovet dövrü üçün gözlənilməz olan kəskin tənqidi fikirlərindən, eyni zamanda, xalqını gözləyən bəlaları uzaqgörənliklə qələmə almasından danışıb.


Şair-publisist Azər Abdulla, şairlər Ramiq Muxtar, Fərqanə Mehdiyeva və başqaları Rəsul Rzanı ədəbiyyatımızın inkişafına əhəmiyyətli təsir göstərən, Azərbaycan dilinə dövlət dili statusu verilməsinə çalışan, müstəqilliyimiz uğrunda mübarizə aparan ictimai xadim, böyük sima kimi səciyyələndiriblər. Türkdilli xalqların şeirlərinin Azərbaycana gətirilməsində şairin əvəzsiz xidmətləri diqqətə çatdırılıb.


Şairin oğlu, AYB-nin sədri, xalq yazıçısı Anar ailə üzvləri adından tədbirin iştirakçılarına minnətdarlığını bildirib.

Xəyalə
# 1299

Oxşar yazılar