“Mart hadisələri, yaxud qara oyunlar ”ın  “Qara bayram”ı
01 aprel 2011 10:46 (UTC +04:00)

“Mart hadisələri, yaxud qara oyunlar ”ın “Qara bayram”ı

Lent.az-ın məlumatına görə, filmin təqdimatında ölkə ziyalıları, elm və mədəniyyət adamları, siyasi partiyaların rəhbərləri, ölkədə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndələri iştirak ediblər. Tədbirdə əvvəlcə yazıçı Sabir Rüstəmxanlı filmin rejissoru Mehriban Ələkbərzadənin yaradıcılığından söz açıb: “Ümumiyyətlə yaşantılarımız, dərdlərimiz ən çox qadınlarımızın yaradıcılığından, həyatından bir ana xətt kimi keçib çox ağrılı təqdim olunur. Mehriban xanım istər teleaparıcı kimi, istər rejissor və ümumilikdə müəllif kimi yaradıcılığının ana xəttində inanıram ki, bu filmdə də sadiq qalıb”.

Sonra səhnəyə filmin yaradıcı heyəti dəvət olunub. Onların ürək sözləri dinlənildikdən sonra film tamaşaçılara təqdim olunub.

“Salnamə” studiyasında istehsal olunan film tariximizin ən ağrılı-acılı səhifələrindən biri - 1918-ci ildə azərbaycanlılara qarşı erməni daşnaklarının törətdiyi soyqırımdan bəhs edir. Üç hissəli bu sənədli filmi müəllif bir qədər sənədlilikdən bədiiliyə yönəldib. Filmdə sənədli kadrlarla bahəm bədii səhnələr də var. Nəriman Nərimanovu aktyor Bəxtiyar Şərifzadə, Məmməd Əmin Rəsulzadəni İntiqam Soltan, S.Şaumyanı isə İlqar Musayev oynayırlar.

Rejissor filmdə mart hadisələrini olduğu kimi tamaşaçıya çatdırmağa çalışmaqla bərabər, həmin hadisələrdə hər üç dövlət adamının mövqeyini və vəziyyətinin bugünkü prizmadan göstərməyə nail olub.

Filmin ssenari müəllifləri Nadir Bədəlov, Mehriban Ələkbərzadə, quruluşçu rejissoru Mehriban Ələkbərzadə, quruluşçu operatoru Adil Abbas, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Azad Vəliyev, montajçısı Ramiz Hüseynovdur.

Üç hissəli filmin hələ ki, yalnız “Qara bayram” adlanan bir hissəsi təqdim olundu.

Ramilə
# 907

Oxşar yazılar