“Azərbaycan – Macar danışıq kitabçası” - FOTO
01 aprel 2011 10:29 (UTC +04:00)

“Azərbaycan – Macar danışıq kitabçası” - FOTO

Səfirlikdən Lent.az-a verilən məlumata görə, kitab “Azərbaycan Mədəniyyəti Macarıstanda” seriyasından işıq üzü görüb. Universitet tələbələri, azərbaycanlı və macar turistlər üçün nəzərdə tutulmuş kitabda 10 populyar mövzu ilə bağlı söhbətlər verilib. Müəllif eyni zamanda kitaba qısa qrammatik oçerk və kiçik Azərbaycanca – macarca sözlük də əlavə edib. Azərbaycan Respublikasının Macarıstandakı keçmiş səfiri Həsən Həsənovun və Azərbaycan MEA Humanitar elmlər bölməsinin akademik katib, Azərbaycan MEA həqiqi üzvü A. Axundovun yazdıqları ön sözdə iki ölkə arasındakı ədəbi – mənəvi əlaqələrdən və dil bağlantılarından bəhs olunur.


Qeyd edək ki, kitabın müəllifi Mariya Meneşei ixtisas etibarı ilə azərbaycanşünasdır. 1969-cu ildə Bakı Universitetinin filologiya fakültəsini Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirib.
# 676

Oxşar yazılar