Polad Bülbüloğlu Koroğlunun gənc ifaçısına dəstək oldu
Lent.az xəbər verir ki, Bülbüloğlu Ramili Koroğlu rolundakı ilk çıxışına görə səmimi qəlbdən təbrik edib. Bu gün istedadlı gənc vokalçıların, Bülbül məktəbinin davamçılarının yetişməsindən sevinc hissi duyduğunu dilə gətirib. Daha sonra məktubda bunları bildirib: “Azərbaycan milli operasının - əfsanəvi “Koroğlu”nun baş partiyasını ifa edən hər yeni ifaçı təkcə bir vokalçının şəxsi uğuru deyil, bu, Azərbaycanın teatral həyatında parlaq bir hadisədir. Bu, yaradıcı bioqrafiyada çox yüksək nailiyyətdir! Lakin unutmaq lazım deyil ki, şöhrət qazanmaq və tamaşaçılar tərəfindən “qəbul edilmək” üçün təkcə gözəl səs və savada malik olmaqla yanaşı, həm də dahi Üzeyir bəyin musiqi aləminə qərq olmaq, Azərbaycan tarixini mükəmməl bilmək və daim öz üzərində işləmək lazımdır. Səni premyeranın uğurlu keçməsi münasibəti ilə təbrik edirəm. Bir daha böyük uğurlar arzulayıram”.
Xəyalə
Xəyalə
817