“Sərgüzəşti-vəziri-xani-Lənkəran” yeni quruluşda təqdim olundu
Lent.az-ın məlumatına görə, dahi ədibin 200 illiyinə həsr olunan tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu, rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Rəşid Şərif, bəstəkarı xalq artisti Səyavuş Kərimidir. Səhhətindəki problemlərə görə Vaqif İbrahimoğlu premyeraya gələ bilməyib. Nümayişdə Milli Məclisin üzvləri, Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Akademik Milli Dram Teatrının təqdim etdiyi yeni quruluşda şən yumorla yanaşı, 18-ci əsrdə hökm sürən idarəçilik üsul-idarəsinə sarkazmla işarələr vurulur. Tamaşa xanın gəlişi zamanı təhlükəsizlik tədbirləri ilə başlayır. Hadisələrdən məlum olur ki, vəzir Mirzə Həbib öz vəzifəsini qorumaq üçün baldızı Nisə xanımı Xana ərə vermək fikrindədir. Nisə xanım isə xanın qardaşı oğlu Teymur ağanı sevir. İki arvadının, qaynanası Pəri xanımın və baldızı Nisə xanımın kələkləri Mirzə Həbibi gülünc vəziyyətə salır. Tamaşa xoşbəxt sonluqla, dənizdə batan Xanın yerinə Teymur ağanın xan seçilməsi və sevgilisinə qovuşması ilə bitir.
Tamaşada xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artistlər Cəfər Namiq Kamal, Elxan Quliyev, Əli Nur, Mirzə Ağabəyli, Ayşad Məmmədov, Mətanət Atakişiyeva, Münəvvər Əliyeva, Firuz Xudaverdiyev, aktyorlar Əminə Babayeva, Şəhla Əliqızı, Şəlalə Şahvələdqızı, İlahə Həsənova, Aslan Şirinov, Əlvida Cəfərov, Elnur Qədirov, İlyas Əhmədov, Elnar Qarayev və başqaları iştirak edirlər.
Xəyalə

899