Qarabağlı yeniyetmə ən yaxşı ifaçı oldu-
30 mart 2011 19:06 (UTC +04:00)

Qarabağlı yeniyetmə ən yaxşı ifaçı oldu-

Lent.az-ın məlumatına görə, festivalda münsiflər seçdiyi 11 iştirakçı – Tural Süleymanov (Gəncə), Humay Babazadə(Sumqayıt), Mirnağı Hüseynov( Ağsu), Lalə Sultanlı( Bakı), Zümrüd Məmmədova(Bakı), “Avantaj” qrupu (Bakı), Nurlan Gülmalıyev (Bakı), Afaq Abbasov (Şirvan), Hürü Məmmədova (Ağcabədi), Məhəmməd Kərimov (Zaqatala), Orxan Nuşirəvanlı (Füzuli) vətənpərvərlik mahnıları ifa edib.

Tanınmış müğənnilər Samirə, “Şeron” qrupu, Sevda Yahyayeva, Amil, Gülay, Xatirə, Səfurə Əlizadə, Nadir Qafarzadə də iştirakçılarla eyni səhnənibölüşüblər.

Səhnədə mahnı oxuyan yeniyetmələr arasından üç nəfər - Orxan Nuşirəvanlı (1-ci yer), Məhəmməd Kərimov (2-ci yer), “Avantaj” qrupu (3-cü yer) qalib seçilib.

Münsiflər heyətinin tərkibinə xalq artisti Nazpəri Dostəliyeva, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, bəstəkar Xanım İsmayılqızı, Mədəniyyət və Turizm nazirliyinin əməkdaşı, musiqişünas Lalə Hüseynova, Gənclər və idman nazirliyinin sektor müdiri Əli Məmmədov daxildir.

Qaliblərə diplom və hədiyyə mükafatı təqdim olunub, qalan iştirakçılara fərqlənmə diplomu paylanıb.

Festival Nazpəri Dostəliyevanın konserti ilə yekunlaşıb.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1381

Oxşar yazılar