Milli Kitab Mükafatının “on”luğu vaxtından əvvəl açıqlanıb - SİYAHI
30 mart 2011 14:04 (UTC +04:00)

Milli Kitab Mükafatının “on”luğu vaxtından əvvəl açıqlanıb - SİYAHI

“Bu siyahını sosial şəbəkələrə sızdıranları təxmin edirəm. Həmin şəxs “on”luqda özünü görməyən yazıçılardan biridir. Biabırçılıqdan söhbət gedə bilməz. Bütün seçimlər açıq və şəffaf şəkildə aparılıb. Yayılan siyahının rəsmi şəkildə təsdiq və ya təkzibini verə bilmərik. Sabah (martın 31-də) saat 12-də rəsmən “on”luğu açıqlayacağıq”.


Bunu Lent.az-a Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli deyib.

Qeyd edək ki, Milli Kitab Mükafatının “on”luğunun artıq müəyyənləşdirildiyi və siyahının martın 31-də açıqlanacağı bildirilmişdi. Ancaq “on”luq bu gün qeyri-rəsmi şəkildə “facebook” sosial şəbəkəsində yerləşdirilib. “On”luğu yerləşdirən istifadəçi siyahıya “Milli Kitab Mükafatının qondarma ekspertləri müəyyən elədiyi “on”luq siyahını "açıqladılar", biabırçılığın bundan o tərəfi yoxdur” kimi qeydlər edib.


Qeyri-rəsmi siyahı aşağıdakı kimidir:

1. Etimad Başkeçid, "Kenterberri"
2. Mirmehdi Ağaoğlu, "Küləyi dişləyən"
3. Məqsəd Nur, "Şəhər meri"
4. Natiq Rəsulzadə, "Xunxarlar"
5. Natella Osmanlı, "Mən axmağam"
6. Nəriman Əbdürrəhmanlı, "Yolsuz"
7. Paşa Qəlbinur, "Qara su"
8. Pərviz, "Yad dildə"
9. Aslan Quliyev, "Sonuncu"
10. Azər Abdulla, "Sarı tağ"

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 765

Oxşar yazılar