Əhməd Şəfəq konsertdən öncə jurnalistlərlə görüşdü
18 mart 2011 14:45 (UTC +04:00)

Əhməd Şəfəq konsertdən öncə jurnalistlərlə görüşdü

Martın 18-də Türkiyənin tanınmış ifaçısı Əhməd Şəfəq Bakıda konsert qabağı mətbuat konfransı keçirib. Konfransı açan “Kaspi” şirkətlər qrupunun rəhbəri Sona Vəliyeva sənətçini salamlayıb: “130 illik tarixi olan “Kaspi” qəzetində sizləri görməkdən çox məmnunam. Bu tədbir çox böyük iki bayram günlərimizə təsadüf edib. Hər birinizi Novruz bayramı və bu gün ildönümü olan Çanaqqala zəfəri münasibəti ilə təbrik edirəm. Yığışmağımızda, sizləri bura toplamaqda əsas məqsəd isə Əhməd Şəfəqdən söz açmaqdır. Ona görə sənətindən demədim ki, Əhməd Şəfəq çoxşaxəli yaradıcılığa, fəaliyyətə məxsus bir şəxsiyyətdir. İti qələm sahibidir, publisistdir, şairdir, ozandır. İnsan hər şeyə sahib ola bilər, istedadlı, savadlı ola bilər, amma milli məfkurəsi yoxdursa, uzaq gedə bilməz. Bu insan həm də bir aşiqdir, vətən, torpaq aşiqi”.

Sona xanım Əhməd Şəfəqin çoxşaxəli yaradıcılığından misallar gətirib, onun məqalələrindən, şerlərindən və mahnılarında söz açdı. Vurğuladı ki, bunların hər birində bir amac var - milli amac və sözü Əhməd Şəfəqin bu gün axşam Heydər Əliyev sarayında keçiriləcək konsertinin təşkilatçısı - “Azəri-Türk” Qadınlar Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlıya verdi.

Tənzilə xanım Sona Vəliyevanın əhatəli, Əhməd Şəfəq yaradıcılığının araşdırmaçısı qədər dərin təqdimatına eyhamla “Mənə danışmağa söz qalmadı” - dedi: “O qalır deyəm ki, Əhməd Şəfəq 4-5 ildən bir Bakıda konsert verir, amma bura tez-tez gəlir. “Yalnız konsert vermək üçün gəlmirəm, vətənə gəlirəm ”- deyir.

Nəhayət, söz səbəbkara - Əhməd Şəfəqə verildi. O da digər natiqlər kimi əvvəlcə “hamının bayramları mübarək” - dedi: “Mən Bakıda ilk dəfədir mətbuat konfransı keçirirəm, buna görə də bacı bəyim Sona xanıma təşəkkür düşür”. Tədbirə Əhməd Şəfəqlə bir yerdə Bakıya təşrif gətirmiş Türkiyənin tanınmış mətbuat nümayəndələri, müxtəlif dərnəklərin rəhbərləri də qatılmışdılar. Onlara da söz verildi. Hər biri Azərbaycana Əhməd Şəfəq vasitəsilə yaranmış və gündən-günə dərinləşən sevgilərini bildirdilər.

Sonda Əhməd Şəfəq jurnalistlərin suallarını cavablandırdı.

Ramilə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 840

Oxşar yazılar