Mahnıları sandıqda qalan xalq artistimiz
Bunu Lent.az-a sənətçi özü deyib. Niyaməddin Musayev Azərbaycanda professional musiqi aranjemançılarının az olmasından şikayətlənib: “Yazdığım mahnıların çoxu sandıqdadır. Çünki yaxşı aranjemançıya ehtiyac var. Aranjemançı klassikanı, etnik musiqini, dünya musiqilərini dərindən bilməlidir. Dünya estradasını dinləməlidir. Məşhur “ABBA” qrupunu misal çəkim, onların illər öncə oxuduğu mahnıları keyfiyyətlidir, hələ də aktualdır. Çünki aranjemanı keyfiyyətlidir. Bizdə bu anlamı başqa cür qəbul edirlər. Aranjemançı ayrıdır, orkestr ayrıdır. Aranjemana yiyələnmək lazımdır”.
Lalə
Lalə
828