Niyaməddin Musayev qərar verdi: “Bu sənət mənlik deyil”
Bunu Lent.az-a açıqlamasında xalq artisti özü deyib: “Maraqlıdır, bu gün dünyada məşhur olan bütün ulduzlar şərq ritmləri üzərində oxunan mahnılarla uğur qazanır. Amma bizim müğənnilərimiz qərb musiqisi ilə müsabiqələrdə ölkəmizi təmsil etməyə can atırlar. Tarkan və Hadisə kimi məşhurlar ikisi də şərq ritmləri üzərində yazılan mahnılarla sevilir və qəbul olunur. Onlar ingilis dilində oxusalar belə, musiqilərini dinlədikcə görürsən ki, şərq havası duyulur.
Müğənni sənət və istedadın fərqli anlayışlar olduğunu vurğulayıb: “ Bu gün hamı sənət sahibinin mütləq savad almasını iddia edir. Əlbəttə, savad lazımdır. Lakin fitri istedad, qabiliyyət savaddan da güclü silahdır. Şəxsən mən özüm ixtisasca iqtisadiyyatçıyam. Amma məni necə tanıyırlar? Düz altı il bələdiyyə sədri oldum, axırda dözmədim dedim, bəsdir artıq, məmurluğa son verirəm! Bu sənət mənlik deyil. Allah mənə vergi verib və bu istedadla Niyaməddin Musayevəm!”
Lalə

2206