Fərhad Bədəlbəyli uşaq evinə piano hədiyyə edəcək
Lent.az-ın məlumatına görə, Fərhad Bədəlbəyli bunu bu gün Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Zirvə” mükafatlarının təqdimat mərasimindəki çıxışı zamanı deyib. O, layiq görüldüyü mükafatla Mərdəkanda yerləşən uşaq evinə piano alacağını bildirib.
Professor təqdimatdan sonra jurnalistlərə açıqlamasında həmin uşaqların Qəbələ Beynəlxalq Musiqi Festivalındakı çıxışlarını yüksək qiymətləndirib: “Bu uşaqlar festivalda elə gözəl çıxış etdilər... Hətta rusiyalı professorlar da dedilər ki, sizdə çox istedadlı uşaqlar var. Bu uşaq evində də musiqi ilə məşğul olan çox güclü gənclər var. Biz onlara şərait yaratmalıyıq. Mən Qəbələdə o uşaqlardan soruşmuşdum ki, sizin nəyə ehtiyacınız var? Dedilər pianomuz yoxdur. Qərara gəldim ki, bu gün aldığım mükafatla Qəbələdə istehsal olunan pianolardan alıb onlara hədiyyə edim. Buna onların daha çox ehtiyacı var, nəinki mənim. Mən də beş royal var, onlar da isə heç dənə də yoxdur”.
Xəyalə

681