“Zirvə” mükafatı növbəti sahiblərini tapdı –
10 mart 2011 18:24 (UTC +04:00)

“Zirvə” mükafatı növbəti sahiblərini tapdı –

Lent.az-ın məlumatına görə, Gənc Tamaşaçılar Teatrının “Gümüş maska” zalında baş tutan mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi, ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edib.

İlk olaraq 138 illik tarixi olan milli teatrımızın keçdiyi yola nəzər salınıb. Daha sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək teatr xadimlərini bayram münasibətilə təbrik edib. Nazir bildirib ki, 2007-ci ildən təsis olunan mükafat mədəniyyət hər sahəsini əhatə edərək 7 nominasiya üzrə verilir: “Mükafatın qalibləri ilə bağlı verilən qərarlar ədalətlidir, buna kimsə şübhə edə bilməz”.

Daha sonra “Zirvə” mükafatı qaliblərinin adları açıqlanıb. Belə ki, “Zirvə” mükafatı təsviri sənət sahəsi üzrə xalq rəssamı, “Şöhrət” ordenli Toğrul Nərimanbəyova Azərbaycan təsviri sənətinin inkişafı və təbliğindəki müstəsna xidmətlərinə görə, teatr sahəsi üzrə Rus Dram Teatrına U. Şekspirin “Yay gecəsində yuxu” tamaşasına görə, musiqi sahəsi üzrə xalq artisti, dövlət mükafatı laureatlı Fərhad Bədəlbəyliyə Qəbələ Beynəlxalq musiqi festivalının, pianoçuların Qara Qarayev adına I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsinin bədii rəhbəri kimi 2010-cu ildə konsert fəaliyyətinə görə, kino sahəsi üzrə əməkdar incəsənət xadimləri, kinoşünas Aydın Kazımova və kinorejissor Cəmil Quliyevə Azərbaycan kino sənətinin təbliğinə görə, “Azərbaycan mədəniyyətinə dəyərli töhfə” tanınmış rejissor, əməkdar incəsənət xadimi Vaqif İbrahimoğluna peşəkar gənc kadrların yetişdirilməsinə görə, “Milli sərvət” bölməsində xalq artisti Yaşar Nuriyə teatr və kino sahəsindəki müstəsna xidmətlərinə görə, “Debüt” bölməsində gənc vokalçı, beynəlxalq müsabiqələr laureatı Cavid Səmədova 2010-cu ildə qazandığı yaradıcılıq uğurlarına görə verilib.

Xəyalə
# 751

Oxşar yazılar

İsveçrə “Avroviziya-2024”ün qalibi oldu

İsveçrə “Avroviziya-2024”ün qalibi oldu

12 may 2024 , 02:54
“Avroviziya-2024”ün finalı başlayıb - CANLI

“Avroviziya-2024”ün finalı başlayıb - CANLI

11 may 2024 , 23:10
"Həftə səkkiz mən doqquz" - Belə yaranıb

"Həftə səkkiz mən doqquz" - Belə yaranıb

11 may 2024 , 19:24
Əfsanəvi ABBA  geri qayıdır

Əfsanəvi ABBA geri qayıdır

10 may 2024 , 15:27
“Avroviziya-2024”də bütün finalçılar bəlli oldu

“Avroviziya-2024”də bütün finalçılar bəlli oldu

10 may 2024 , 01:41
"Yaralarla yaşamaq xəstəlikdir" - Xalq artisti

"Yaralarla yaşamaq xəstəlikdir" - Xalq artisti

9 may 2024 , 15:43
Maykl Cekson məşhur rəqsini azərbaycanlılardan “oğurlayıb”

Maykl Cekson məşhur rəqsini azərbaycanlılardan “oğurlayıb”

9 may 2024 , 15:00
Bu mədəniyyət xadimlərinə prezidentin fərdi təqaüdü  veriləcək

Bu mədəniyyət xadimlərinə prezidentin fərdi təqaüdü veriləcək

9 may 2024 , 11:26