Zərnigar Ağakişiyeva Milli Dram Teatrını tərk edib
10 mart 2011 16:47 (UTC +04:00)

Zərnigar Ağakişiyeva Milli Dram Teatrını tərk edib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Zərnigar Ağakişiyeva çalışdığı teatrı tərk edib. Lent.az-ın məlumatına görə, aktrisa teatrdan getməsini təqaüd yaşının çatması ilə əlaqələndirərək, hələ bir qədər gecikdiyini vurğulayıb: “Artıq yorulmuşam... Nə qədər gərgin çalışmaq, hansısa obraz barədə düşünərək, ona daxil olmağa çalışaraq yaşamaq olar. 1973-cü ildən belə yaşayıram - başqa rollar oynamaqla, başqa həyatları canlandırmaqla... İndi daha öz rolumu oynamaq, öz həyatımı canlandırmaq istəyirəm”.

Aktrisanın dediyinə görə, ona teatrdan “get” deyən olmayıb: “Əksinə mənə çox böyük diqqət, qayğı göstərdilər. Vaxtında getməyi bacarmaq da qəhrəmanlıqdır - mən getdim. Təqaüd alıram, öz həyatımı rahat yaşamaq istəyirəm.”

Səhnəmizin Dilbəri uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkir. Özünün də dediyi kimi vaxtlı vaxtında yeyib-içməli, dərmanlarını qəbul etməli və istirahət etməlidir: “Ona görə də işdən çıxmaqla ən düzgün addım atdım. Son illər hökumət mənə geniş, təzə mənzil də verib. Daha nə lazımdır - bir az da özüm üçün yaşamaq”.

Q. Ramilə
# 851

Oxşar yazılar

İsveçrə “Avroviziya-2024”ün qalibi oldu

İsveçrə “Avroviziya-2024”ün qalibi oldu

12 may 2024 , 02:54
“Avroviziya-2024”ün finalı başlayıb - CANLI

“Avroviziya-2024”ün finalı başlayıb - CANLI

11 may 2024 , 23:10
"Həftə səkkiz mən doqquz" - Belə yaranıb

"Həftə səkkiz mən doqquz" - Belə yaranıb

11 may 2024 , 19:24
Əfsanəvi ABBA  geri qayıdır

Əfsanəvi ABBA geri qayıdır

10 may 2024 , 15:27
“Avroviziya-2024”də bütün finalçılar bəlli oldu

“Avroviziya-2024”də bütün finalçılar bəlli oldu

10 may 2024 , 01:41
"Yaralarla yaşamaq xəstəlikdir" - Xalq artisti

"Yaralarla yaşamaq xəstəlikdir" - Xalq artisti

9 may 2024 , 15:43
Maykl Cekson məşhur rəqsini azərbaycanlılardan “oğurlayıb”

Maykl Cekson məşhur rəqsini azərbaycanlılardan “oğurlayıb”

9 may 2024 , 15:00
Bu mədəniyyət xadimlərinə prezidentin fərdi təqaüdü  veriləcək

Bu mədəniyyət xadimlərinə prezidentin fərdi təqaüdü veriləcək

9 may 2024 , 11:26