“Buta” bədii filminin təqdimatı olacaq
10 mart 2011 14:49 (UTC +04:00)

“Buta” bədii filminin təqdimatı olacaq

Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, təqdimat martın 11-də “Azərbaycan” kinoteatrında baş tutacaq. Filmin quruluşçu rejissoru və ssenari müəllifi (Ramiz Fətəliyevin iştirakı ilə) İlqar Nəcəf, quruluşçu operatoru Georgi Beridze, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Cavanşir Quliyev, prodüserləri Xamis Muradov və İlqar Nəcəfdir. Rollarda Rafiq Əzimov, Tofiq Əliyev, Elnur Kərimov, Ləman Nəbiyeva, Arzu İsayeva, Mirmöhsün Mirzəyev, Bahadur Səfiyev, Kimyaxanım Daşdıyeva, Süleyman Nəcəfov və başqaları çəkilib.
Xəyalə
# 577

Oxşar yazılar