Müğənni Flora Kərimovanın açıq məktubu
09 mart 2011 16:27 (UTC +04:00)

Müğənni Flora Kərimovanın açıq məktubu

Bakı şəhəri, Binəqədi rayon məhkəməsində başlayan, Bakı Apellyasiya və Azərbaycan Respublikası Ali Məhkəməsində davam edən haqsızlıqların, proteksionizmin, tapşırıqla işə baxılmasının, işdəki sənədlərin bilərəkdən itirilməsinin və sairə halların Yasamal rayon Məhkəməsində eyni halda davam etməsi, Apellyasiya və Ali Məhkəmənin artıq bir neçə dəfə yaşadığım ənənəvi münasibət və perspektivsizliyi məni bu açıq məktubla çıxış etməyə məcbur etdi.

Cəmiyyəti silkələyən, cəmiyyət tərəfindən qınaqla qarşılanan Faiq Ağayevin məlum «Açıq məktub»-dan, mənə çox ağır olsa da, bəzi məqamları oxucuların yadına salmaq məcburiyyətindəyəm:

“Səninlə heç vaxt işim olmayıb, çünki yazıqsan, acizsən. Lakin hər bir səbrin tükənən məqamı olur. Neçə illərdir mətbuat keçmişdə qalan nailiyyətlərin naminə son 16 ildə etdiklərinə göz yumub, humanistlik nümayiş etdirib, heç bir irad bildirməyərək, sənə qarşı etirazla çıxış etmir. Baxmayaraq ki, buna mənəvi haqqı çatır. Mərhəmətli Azərbaycan xalqı səni, səhv və qüsurlarına baxmayaraq, hələ də ədalət məhkəməsi ilə üz-üzə qoymayıb. Ancaq, Flora, deyəsən, atalar misalını unutmusan: “Məscidin qapısı açıqdırsa, itin həyasına nə gəlib?! ”Əvvəl-axır kimsə sənin azğınlıqlarına son qoymalı idi. Görünür, Tanrı bu missiyanı mənim qismət payıma yazıb. Baş verən olaylar, sənin son çirkin müharibən, son arsız çıxışın, son şərin, son nəfəsindi! 3-4 qondarma, əldəqayırma böhtan faktı əlində bayraq edib mənə qarşı hücuma keçmisən. Cəsarətin varsa danılmaz həqiqətlər qarşısında cavab ver! Bütün mənasız, tüfeyli həyatın boyu sən, Flora, əxlaqsızlıq, satqınlıq və mərdimazarlıq etmisən. İbrahim bəy Topçubaşovun vəfatına bir neçə gün qalmış tez-tələsik saxta sənədlər düzəldib onunla qeyri-qanuni nikaha girmisən ki, var-dövlətinə sahib olasan! ( AR CM 178.3.2 mad.-F.K); Övladın Zümrüdün mərhum atası Faiq müəllimin cəsədi hələ soyumamış yenə də saxta sənədlərlə əmlakını mənimsədin. Hal-hazırda vicdan əzabı belə çəkmədən yaşadığın və əslində sənə halal olmayan həmin o mənzildən, qohum-əqrəbasını həyasızcasına küçələrə qovdun. Bu azmış kimi, mərd bir kişini gorbagor edib, əcdadlarının yanında yerləşən məzardan eksqumasiya etdirib, xain ürəyin istədiyi yerdə yad bir torpağa tapşırdın! (AR CM 178.3.2; 120.1-F.K); Sonuncu həyat yoldaşın, gözəl insan Məmməd müəllimin əlaqələrindən geninə-boluna istifadə edib özünə şərait yaratdın. Əvəzində onun həyatını da puç etdin. Sap-sağlam kişi birdən-birə, naməlum səbəbdən dünyasını dəyişdi! (AR CM 120.2.5-F.K); El arasında sənin kimilərinə “BƏDAYAQ”, “BAŞYEYƏN” deyirlər. Rusca bunun anlamı- “ÇERNAYA VDOVA” dır; Əvvəllər yaxınlıq, indi isə satqınlıq etdiyin müxalifət rəhbərlərinə “hakimiyyətə gələndə mənə mədəniyyət naziri vəzifəsi, Tibb Universitetində təhsil alan qızıma isə özəl klinika verərsiz”,- deyib yalvaran sən deyildinmi? 1997-ci ildə məndən gizlin valideynlərimin evinə elçi düşən, anama “Gəl övladlarımızı evləndirək!” təklifi ilə gələn qız anası sən deyildinmi? 1998-ci ildə qeyri-qanuni əldə etdiyin, yaşadığın evin alt qatında yerləşən zirzəmini kommersiya məqsədi ilə işlətməkdən öncə məndən təmir üçün böyük məbləğdə pul borc alan sən deyildinmi?( AR CM-nin 178.3.2 mad-F.K ) O zamanlar səmimiyyətlə sənə “ANA” deyən mən axmaq heç ağlıma da gətirə bilməzdim ki, neçə il sonra baş verəcək böhtan və “KİDALOVKA”dan özümü sığortalamaq üçün sən hiyləgərdən yazılı iltizam almalıyam; Məhərrəmlik vaxtı işin keçən bir dövlət məmurunun ad günündə oxumaqdan imtina etdiyimə görə «600 il bundan əvvəl ... (bu yerdə müqəddəslər təhqir olunduğu üçün həmin yeri ixtisar etmək məcburiyyətindəyik - red.) bir-birini qırıb mən də indi onların matəmini tutum?» kafir kəlməsini sən, Allahsız Flora üzümə söyləmədinmi? Dəfələrlə «Flora xanım sənətlə məşğul olun, əməllərinizdən əl çəkin, siyasətdən uzaqlaşın» deməyimə «bu xalq Qoyundur», ona bir çoban lazımdır» söyləyən sən deyildinmi, uğursuzcasına «millət anası olmağa çalışan mənəviyyatsız Flora? …Oyan əhlət yuxusundan, xəyallardan ayıl! Xalqın gözündən pərdə asmaq üçün artıq gücün də qalmayıb. Yaxın qohumların belə səndən üz döndərib. Camaat arasında söyləyirlər ki, sən erməni tuluğundan çıxmısan. Zümrüd xanım sənin əsil anan deyil; Əqraban deyir ki, qəddarlığın ananı son mənzilə yola salan əsas amil olub! ( AR CM-nin 120.2.4 mad-F.K); O qədər nüfuzzsuz, bihörmət olmusan ki, nəvən yaşındakılar sənə «Fınış-Floş», «Lezbiyanka» deyirlər. Yoxsa bunu da inkar edəcəksən? Müxalifətin mitinqi zamanı ikiüzlülük və boşboğazlıqdan usanıb-bezən bir qeyrətli Azarbaycan oğlu gəlib ətəyini-yubkanı millət içində əynindən dartıb çıxardı. Namuslu qadın bu biabırçılığa dözməyib intihar edərdi! Amma sən hələ də namus-qeyrətdən dəm vurursan. Nə deyib yaşayırsan? Amma bir həqiqət də var... Mən, mərd oğlu mərdəm, məni özünə görə ölçmə! Kimsəsiz, hər kəs tərəfindən tərk edilən, səsi batmış, uğursuz plastik cərrahiyyə əməliyyatın qurbanı, siyasi mənsubiyyəti, əqidəsi olmayan bir zavallı...»


Faiqin bu çıxışına dair ekspertizanın 01 mart 2010-cu il tarixli rəyi « Ağayev Faiq Balağa oğlunun 18 dekabr 2008-ci il tarixində «Show.az» internet saytında dərc edilmiş «Flora Kərimovaya açıq məktub» yazısında məqalənin ümumi konteksti nəzərə alınmaqla, Kərimova Flora Ələkbərovnanın şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan və ya nalayiq formada alçaldan müəllifin şəxsi mülahizələrinə əsaslanan məlumatlar vardır!»


Cinayət Məcəlləsində təhqirə görə məsuliyyət nəzərdə tutan maddənin (AR CM 148-ci maddəsi) baxılması müddətinin iki il olmasını yaxşı bilən hakim Xəqani Tağıyev prossesual müddətin pozulmasına gətirib çıxaran, məqsədyönlü süründürməçiliyə əl atır. İşin məhkəmədən məhkəməyə getməsinin qəsdən gecikdirməsi nəzərə alınmasa, işdə olan sənədlər üzrə hesablamalar göstərir ki, məhkəmə 206 gün süni surətdə işi uzadaraq Faiq Ağayevi cəzadan qurtarmağa müvəffəq olur. Bu isə 6 təqvim ayı, 8 gün deməkdir. Nəticədə hakim Xəqani Tağıyevin Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi üzrə verdiyi qərar:


«-Kərimova Flora Ələkbərovnanın xüsusi ittiham qaydasında şikayəti üzrə Ağayev Faiq Balağa oğlu Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinsin və müddətin keçməsi ilə bağlı xüsusi ittiham qaydasında şikayət üzrə icraata həmin hissədə xitam verilsin.


Mənim şəxsiyyətimə təhqir, söyüş və böhtanlarla, «qiymətverici» sözüylə yanaşan F.Ağayev haqqında hökmdə –«… məhkəmə hesab edir ki, həmin fikirlər ümumi sözlərdən ibarət olaraq qınaq formasında söylənilməklə məcazi məna daşıyır» yazıb dəstək verən hakim Xəqani Tağıyev bəraət hökmünün mümkünsüzlyünü görüb nəyin bahasına olursa-olsun, onu xilas etmək məqsədi ilə ekspertizanın :-«Flora Kərimovaya «Açıq məktub» adlı yazıda təsvir edilən hadisələrin gerçəkliyi və ya müəllif təxəyyülünün məhsulu olması hüquqi araşdırma tələb edən məsələdir.»-rəyinə göz yumub. Nəinki hüquqi araşdırmalar aparılıb, hətta sənədlərim it-bat olub. Belə ki, F.Ağayevin 10 yanvar 2011-ci ildə məhkəməyə xitam haqda verdiyi ərizə onun maraqlarını güdən hakim Xəqani Tağıyev tərəfindən 1 ay 7 gün geriyə çəkilir və göstərilir ki, guya F. Ağayev bu ərizəni 3 dekabr 2010-cu il tarixdə təqdim edib. ( əlimizdə olan əvvəlki protokolda iş vərəqi 549, son varianta isə 567 kimi qeyd edilib-F.K.)

Hələ bu da son deyil. Nümayəndəmə 10 dekabr 2010-cu il tarixdə etibarnamə verdiyim halda, bu haqda məhkəməyə təqdim etdiyim protokola dair qeydlərdə də göstərməyimə baxmayaraq (qeydlərim rədd edilmişdir-F.K.), hakim X.Tağıyev F.Ağayevin maraqlarına uyğun, nümayəndəmin 03 dekabr 2010-cu il tarixdə məhkəmə iclasında iştirakını yazır. (iş vərəqə 464)


Protokolla tanış olan zaman mən F.Ağayevin bəraət hökmünü əngəlləməli olan və şəxsən özümün təqdim etdiyi aşağıdakı sənədlərin işdən yoxa çıxdığının şahidi olmuşam. 1) F. Ağayevin özünün müxtəlif illərin məhərrəmlik ayında restoranlarda, konsertlərdə, telekanallardakı çıxışları; 2) 2010-2011-ci il məhərrəmlik ayına düşən dekabrın 29-u ad gününün, Yeni il şənliklərin restoranlarda, telekanallarda çıxışlarının reklam görüntüləri olduğu disklər. Bunlar işdən müəmmalı şəkildə yoxa çıxır.


24 yanvar 2011-ci il tarixli şikayət ərizəmdən sonra onlar yerinə qaytarılır.
«Tapılmış» sənədlər və bu barədə hakimlər tərəfindən təmin olunmuş vəsatətlə əlaqədar dindirilmiş 4 şahidin ifadələri araşdırılmır. Hökmdə məqsədyönlü olaraq, onların dindirilmə səbəbləri açıqlanmır və şahidlərin verdiyi ifadələrə hüquqi qiymət verilmir.


Hakim Xəqani Tağıyevin F. Ağayevin bəraətində marağı o qədər güclü idi ki, hətta AR CPM-nin 318.1-ci maddəsinə əsasən, AR CM-nin 147.2-ci maddəsinin 147.1-ci maddəsinə tövsif olunması nəzərdə tutulmasına baxmayaraq bəraət hökmü çıxarır. Araşdırmağa cüzi cəhd göstərilməyən oxuduğunuz böhtan və söyüşlərə, F.Aqayevi xüsusi qəyyumluğa götürən baş hakim Ələddin Cəfərovun xeyir-duasıyla hakim Xəqani Tağıyevin verdiyi bəraət hökmü:


«Ağayev Faiq Balağa oğlu xüsüsi ittiham qaydasında AR CM-nin 147.2-ci maddəsi ilə təqsirləndilməsinə dair Kərimova Flora Ələkbərovnanın xüsusi ittiham qaydasında şikayəti üzrə Ağayev Faiq Balağa oğlu təqsirsiz elan edilərək, ona bəraət verilsin. »

İttiham dolu ağla sığmayan böhtan, söyüş, təhqirləri, hökmdə «ümumi sözlərdən ibarət…, qınaq formasında…, məcazi məna daşıyır…» kimi qiymətləndirən hakim Xəqani Tağıyev hansı peşəkar bilik və məntiqə söykənib, mənim, onun çıxardığı hökmə «HƏYASIZ HÖKMDÜR» sözümə dözümsüzlük göstərib məhkəmə ilə hədələyir?!


Özünü cəzadan qurtarmaq üçün hər hiyləyə əl atan, riyakarcasına saxta sənədlər, saxta şahidlər, yalanlarıyla üzə duran, eyni bir hadisə barədə şəraitdən asılı olaraq, məkanından tutmuş iştirakçılarına qədər bir-birinə tamam zidd ifadələr verən F.Ağayevin kim olduğunu bilmək üçün çox saylı sənədlərdən bir neçəsini açıqlamaq kifayətdir:


- Bakı şəhəri, Səbail rayon məhkəməsinin F. Ağayevin iddiası əsasında 21 iyun 2010-cu il tarixdə çıxardığı hökmündə AR CM-nin 147.1-ci maddəsi ilə “onun seksual azlıqlara mənsub olduğunu” dediyimə görə - «..nəzərdə tutulmuş böhtan, yəni yalan olduğunu bilə-bilə şəxsin şəxsi ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə və ya kütləvi informasiya vasitələrində yayma cinayətində ittiham məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Flora Kərimovanın hərəkətlərində AR CM-nin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi olmadığından ona həmin maddə ilə bəraət verilməlidir….Kərimova Flora Ələkbərovnaya AR CM-nin 147.1-ci maddəsi ilə bəraət verilsin.»


İndi nə deyib yaşayırsan, Faiq?

- Amnistiyaya düşən F.B.Ağayev 12.09.2009-cu il tarixdə VCİAD tərəfindən Azərbaycan Respublikası CM-nin 231.1-ci maddəsinə əsasən hökuməti aldatdığına görə (vergidən yayınma) cinayət məsuliyyətinə cəlb olunmuşdu.


- Məhkəməyə təqdim etdiyi yazılı izahatında F.B.Ağayev özünə bəraət qazandırmaq üçün rəsmi olaraq Ədliyyə Nazirliyinə böhtan atıb bildirmişdir ki, Azərbaycanda “Lezbiyan”, “Qey”, “Biseksual”, “Transseksual” cəmiyyətləri qeydiyyatdan keçib. Lezbiyan, Qey, Biseksual, Transseksual qurumların qeydiyyatdan keçmədiyi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 11/629 saylı 18.05.2009-cu il tarixli cavabı ilə belə qurumların olmadığını bildirib.


Mövcud olmayan «Tapdım.az» saytına istinad edən F.Ağayev guya mənim ata nənəmin də erməni olduğu barədə məhkəməyə saxta sənəd təqdim etmişdir. Nəsimi rayon məhkəməsinin 17 noyabr 2009-cu il tarixli qərardadında göstərildi ki, tapdım.az adında sayt fəaliyyət göstərməyib.

Mülki prosesdə, guya 1991-ci ildə R.Behbudov adına Mahnı Teatrından qayıdarkən iki tanışını - Quliyev Oqtay Arif oğlunu, Əliyev Cahangir Əli oğlunu üzümə durdurub imamları söymək haqqında barəmdə böhtan deyən, bu azmış kimi hələ 60 milyon azərbaycanlını, bir neçə milyard müsəlmanı, ümumiyyətlə hər kəlmeyi-şəhadəti biləni hərəkətə, yəni məni cəzalandırmağa təhrik edən F.Ağayev, dediyi yalanı unudaraq, cinayət prosesində hadisənin mərhum Gülməmmədovun oğlunun kiçik toyunda baş verdiyini söylədi. Məhkəmədə ancaq bu epizodun araşdırılması F.Ağayevin böhtan və yalanlarının üstünü açmasına və bəraət hökmünün mümkünsüzlüyünə bəs edərdi. Təsadüfi deyil ki, F.Ağayevin yalanlarını ifşa edən, mənim üçün önəmli olan bu epizod nə protokolda, nə hökmdə öz əksini tapmamışdır.


Tam məsuliyyətlə bəyan edirəm: Dövlətinin marağını öz şəxsi marağına qurban verən hər bir qanunsuz çıxarılmış qərar və bu qərardan Avropa Məhkəməsinə gedən şikayət dövlətə qarşı təxribatdır. F. Ağayev kimilərə bəraət hökmü çıxaran hakimlər Azərbaycan gənclərini, ümumiyyətlə, cəmiyyəti hara sürüklədiklərini düşünürlərmi?!


Son dövrlərdə dövlət rəsmilərinin vəzifəli şəxslərin öz səlahiyyətlərindən sui-istifadə etməməsi ilə bağlı xəbərdarlıqlarından nəticə çıxarmaq zorunda qalan hər kəsə: - Çox da mənə hədə-qorxu gəlməyin. Həyatımın bahasına olsa da, hamınıza birgə, hərənizə ayrı-ayrı cavab verməyə qeyrətim çatar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2759

Oxşar yazılar