“Qafqaz bəstəkarları” qrupu konsert verib
Fonddan Lent.az-a verilən məlumata görə, konsert proqramının açılışında Qarabağ Fondunun direktoru Diana Altman çıxış edib.
O bildirib ki, Simson qalereya mərkəzində təşkil olunan “Qafqaz bəstəkarları” adlı ansambla Qarabağ Fondunun sponsorluq etməsi fondun bir çox məqsədlərini izah edir: “Amerikalı simfonik musiqi həvəskarları şübhəsiz regionun musiqisindən ilham alacaqlar. Ümid edirik ki, iştirakçılar Azərbaycan və Qafqaz mədəniyyətləri haqqında daha ətraflı öyrənməyə başlayacaqlar. Qarabağ Fondunun da məqsədi insanlar arasında körpü yarada bilən proqram və sərgilər keçirməkdir. Çox şadıq ki, ABŞ və Qafqazdan olan müxtəlif auditoriya, bəstəkar, musiqiçi və ifaçılar belə əhəmiyyətli bir tədbirin həyata keçirilməsində Qarabağ Fondunun rolunun və Azərbaycanın Qarabağ regionunun adının şahidi olacaqlar. Fond Qafqaz regionunda bütün xalq və sivilizasiyaların sülh ilə birgə yaşamalarına öz töhfəsini vermək və mədəniyyət sahəsində Azərbaycan, onun və Qafqazın mədəni paytaxtı Qarabağ regionunun nailiyyətlərini bütün dünyaya tanıtmaqdan qürur hiss edir”.
Çıxışdan sonra konsert proqramı nümayiş olunub. Konsert zamanı Azərbaycan bəstəkarı Frəngiz Əlizadənin “İtirilən Vaxtın Axtarışında” əsəri və Oleq Felzerin əsərləri ifa olunub.
Nyu-York şəhərində yerləşən “Qafqaz bəstəkarları” qrupu Qafqaz regionunun müxtəlif ölkələrində Azərbaycan və Gürcüstan bəstəkarlarının əsərlərini nümayiş etdirir.

668