Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtlarının təqdimat mərasimi keçirilib
Lent.az-ın məlumatına görə, təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ötən ildən həyata keçirilən bu layihənin əhali tərəfindən yüksək qarşılandığını bildirib. Onun sözlərinə görə, Azərbaycan xalqının qədim və rəngarəng qeyri-maddi mədəni irsi minilliklər boyu millətin mentalitetini və şüurunu formalaşdıran əsas mənbələrdən biri olmaqla xalq yaradıcılığının nailiyyətlərini özündə ehtiva edən unikal bəşəri fenomendir: “Ötən ildən həyata keçirilən bu layihənin əhali tərəfindən yüksək qarşılandığının şahidi olduq. Odur ki, biz bu layihəni 2014-cü ilə qədər davam etdirəcəyik. Keçirilən tədbirlərin həcmi də böyüyəcək, təcrübə də toplanacaq”.
Nazir deyib ki, məsələ ilə əlaqədar Şabran, Lənkəran və İsmayıllı şəhərlərində il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfrans, dəyirmi masa, konsert, müsabiqə, festival, sərgi, yarmarka, infotur və sair tədbirlərin təşkili nəzərdə tutulub.
Dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübələri nəzərə alınmaqla, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması və dəstəklənməsi istiqamətində aparılan islahatlara start verildiyini açıqlayan Ə. Qarayev bu sahənin mədəni-siyasi təminat mexanizmlərinin monitorinqinin aparıldığını qeyd edib. Keçirilmiş monitorinqin nəticələri əsasında Azərbaycanın qeyri-maddi mədəni irsinin bərpası, qorunması və hərtərəfli inkişafı ilə bağlı “2011-2020-ci illərdə Azərbaycan qeyri-maddi mədəni irsinin qorunmasına dair Dövlət Proqramı”nın layihəsi hazırlanaraq baxılmaq üçün müvafiq qurumlara təqdim olunub. Aparılan islahatların davamı olaraq, hazırda “Azərbaycan qeyri-maddi mədəni irs abidələrinin Dövlət Reyestri”nin hazırlanması, qeyri-maddi mədəni irs subyektlərinin (ifaçı, kollektiv, sənətkar və sair) portfolio bankının və “Azərbaycan qeyri-maddi mədəni irsinin infrastruktur vahidlərinin Dövlət Kadastrı”nın yaradılması, “Muğam-tur, Aşıq-tur, Xalça-tur və Novruz-tur beynəlxalq mədəni-turizm marşrutları”nın təşkil edilməsi, digər konseptual proqram və layihələr üzərində müvafiq işlər görülür. Qeyd edilənlərdən başqa, “Bakı şəhəri Qobustan, Maştağa, Əmircan və Yeni Suraxanı qəsəbələrində Azərbaycan xalq dekorativ, tətbiqi və təsviri sənət ənənələrinin dirçəldilməsi” və “Bərdə şəhərində dekorativ sənət ənənələrinin təbliği və xalçaçılığın inkişafı” Pilot layihələri həyata keçirilir.
Xəyalə

734