Azərbaycanlı qadına aşiq olan fransız rejissor aclıq edir...
13 avqust 2009 16:30 (UTC +04:00)

Azərbaycanlı qadına aşiq olan fransız rejissor aclıq edir...

Rüstəm İbrahimbəyov yeni filminin ideyasını açıqladı

Kinоrejissor və ssenarist Rüstəm İbrahimbəyov və Fransanın “Turski” teatrının rejissoru Rişar Marten avqustun 13-d Bakıda birgə mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, “Kabus gözü ilə” adlı filmdə əməkdaşlıq edən fransalı rejissor təəssüratlarını bölüşüb: “Rüstəm İbrahimbəyov məni bu flmə dəvət edəndə təccübləndim, lakin belə bir peşəkar insanın təklifilə razılaşmaya bilməzdim”.

R.İbrahimbəyov isə bildirib ki, Rişarla 6 il öncə “Turski” teatrında rus teatrlarının festivalı keçirilən zaman tanış olub: “O vaxt mən artıq ssenarimin qaralama versiyasını hazırlamışdım. Həmin vaxt mən onun filmim üçün çox lazımlı insan olduğunu fərq etdim”.

Filmdə hadisələr Rişar Martinin oynadığı obraz ətraında cərəyan edir. Fransalı aktyor 1990-cı illərdə Sovet hakimiyyətinin əsarətindən qurtulub yeni qurulan hökumətə yardım etmək məqsədi ilə Bakıya gəlir. Burada o, özündən 20 yaş kiçik qadına aşiq olur.

“Bu səhnələr vasitəsilə mən düynanın müasir simasını - Şərqlə Qərbin, xristian Fransanı və müsəlmanların yaşadığı Azərbaycanı göstərmək istədim”, - Rüstəm İbrahimbəyov fikrini belə izah edib.

“Əvvəlcə baş qəhrəman BMT-nin yüksək rütbəli çinovniki olmalı idi, lakin sonradan Rüstəm mənim simamda obraza başqa keyfiyyət verdi, xarakterimə uyğunlaşdırdı”, - Rişar Marten açıqlayıb.

Filmdə aktiv sosial fəaliyyətdən sonra öz ölkəsinə qayıdan aktyor doğma teatrlarında baş verən maliyyə böhranına etiraz əlaməti olaraq aclıq elan edir...

Qeyd edək ki, filmin büdcəsi 1 milyon dollar təşkil edir. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən filmə 800 min manat, fransa hökuməti tərəfindən isə 200 min manat pul ayrılıb.

Filmin operatoru Murad Əliyev, bəstəkarı Siyavuş Kərimidir. Fransız Rişar Martendən başqa bolqar aktor Georgi Branev, azərbaycanlı aktyorlar Timur Bədəlbəyli, Fatimə İbrahimbəyova, Şükufə Yusupova, Mələk Abbaszadə, Gülzar Qurbanova və başqaları da filmdə rol alıb.

Lalə Yusifqızı
# 1028

Oxşar yazılar