Şamaxıda “Aşıq Bilal günləri” keçirilib
Tədbir Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə baş tutub
Azərbaycan Aşıqlar Birliyinin (AAB) təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin maddi dəstəyilə Şamaxı rayonunda “Aşıq Bilal günləri” keçirilib. Bu barədə Lent.az-a AAB-nin sədri, Azərbaycanın Xalq şairi Zəlimxan Yaqub məlumat verib. İki gün müddətində keçirilən tədbirdə Şamaxı rayon İcra Hakimiyyəti, rayon ictimaiyyəti, ölkənin müxtəlif yerlərindən gəlmiş şairlər, folklorşünas alimlər, ustad aşıq və xanəndələr iştirak edib.
Tədbirdə ilk çıxışları RİH başçısı İlham İsmayılov və Zəlimxan Yaqub çıxış edib. Z.Yaqub çıxışında ictimaiyyəti “Aşıq Bilal günləri” keçirilməsi münasibətilə təbrik edib. O, tədbirin keçirilməsinə dəstək verdiyinə görə dövlət başçısına, Mədəniyyət və Turizm Nazirliyinə və Şamaxı rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib.
Aşıq Bilalın 86 yaşlı oğlu Şəfi isə çıxışında atasının xatirəsini əziz tutduğuna görə ölkə rəhbərliyinə təşəkkür edib.
Aşıqlar Birliyi sonuncu qurultaydan indiyədək 6 aşığın müxtəlif yubileyini keçirilib.
Aşıq Bilal 30-cu illərin günahsız qurbanlarından olub. O 1958-ci ildə bəraət alıb.
Pərvin ABBASOV

Oxşar yazılar

Orxan Fikrətoğluna nazirlikdə vəzifə verildi
21 aprel 2025 , 17:53
Çətin gün keçirdin? - Bu komediyalardan birini izlə -VİDEO
21 aprel 2025 , 14:44
Cennifer Lopez bu filmdə baş rola çəkiləcək
21 aprel 2025 , 13:34
Sevgi haqqında deyilmiş 7 aforizm
20 aprel 2025 , 19:23
Xəstəliklərinə görə kariyeralarını bitirən ULDUZLAR
20 aprel 2025 , 11:07
Dahilərdən yumor haqqında 10 aforizm
18 aprel 2025 , 18:24
Mehriban Xanlarova və Münəvvər Əliyeva nazirə şikayət etdi
18 aprel 2025 , 16:30