Gəncədə ilk dəfə Teatr Festivalı keçirilir
Festivala Respublikanın 14 teatr kollektivi qatılacaq
Bu gündən Gəncədə “Yeni Teatr” Respublika Festivalı keçirilir. Bu festival şəhərdə ilk dəfədir, təşkil olunur. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, iyunun 28-nə kimi davam edəcək festivala respublikanın 14 teatr kollektivi qatılacaq. Teatrsevərlər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Bakı Bələdiyyə Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, Azərbaycan Dövlət “Yuğ” Teatrı, Pantomimo Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Sumqayıt Dövlət Musiqili Dram Teatrı, Gəncə, Qazax, Mingəçevir, Şəki, Lənkəran Dövlət Dram Teatrı kollektivlərinin ifasında müxtəlif səhnə əsərlərinə baxa biləcəklər.
Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə təşkil olunan festivalda nümayiş etdirilən tamaşalara tamaşaçılarla yanaşı, teatr tənqidçiləri, tanınmış aktyorlar da qiymət verəcək.
Festivalda ilk olaraq Gəncə Dövlət Kukla Teatrında Rafiq Səməndərin “Çətin məsələ” adllı səhnə əsəri nümayiş etdirildi. Səhnə əsərində xeyirxaxlıq, elm və biliyə marağın vacibliyi kimi mövzulardan bəhs edilirdi. Bundan sonra isə Gəncə Dövlət Dram Teatrında Qazax Dram Teatrı tərəfindən Mar Bayciyevin “Duel” tamaşası nümayiş etdiriləcək.
Festivalın rəsmi açılışı isə saat 18:00-da olacaq.
Vüsalə Cənnətova

Oxşar yazılar

Conni Depp 25 ildən sonra rejissor kürsüsündə OTURACAQ
18 avqust 2022 , 10:08
Baxışı qadınları əridən, heç vaxt evlənməyən məşhurun ən böyük peşmanlığı... - Bir ulduz axdı
17 avqust 2022 , 20:15
Dənizkənarı Milli Parkda Müslüm Maqomayevin abidəsi açıldı - YENİLƏNİB
17 avqust 2022 , 12:49
Müslüm Maqomayevin 80 illik yubileyi keçirildi - FOTOLENT
17 avqust 2022 , 12:39
“Yeşilçam”ın məşhur aktyoru vəfat etdi
17 avqust 2022 , 01:30
Dünya şöhrətli rejissor öldü - FOTO
17 avqust 2022 , 00:48
"Bəxt üzüyü"nün Sevdası vəfat etdi
16 avqust 2022 , 23:10