Üç görkəmli şəxs haqda film çəkilib
Mirzə Fətəli Axundzadə”, “Toğrul” və “Sevda yolu” sənədli televiziya filmlərinin istehsalı başa çatıb. QSC-dən Lent.az-a verilən məlumata görə, “Sabahın elçisi. Mirzə Fətəli Axundzadə” filmində görkəmli Azərbaycan dramaturqu, filosofu, maarifçisi M. F. Axundzadənin həyat və yaradıcılığından söhbət açılıb. Çəkilişləri Bakıda və Şəkidə aparılan filmdə böyük ədibin əsərlərindən istifadə olunub. Axundzadə obrazını xalq artisti Tariyel Qasımov canlandırıb. Filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Miri Rzayev, operatoru Adil Abbasovdur.
“Toğrul” filmi xalq rəssamı Toğrul Nərimanbəyovun həyat və yaradıcılığına həsr olunub. Müxtəlif məkanlarda çəkilmiş kadrlarla zəngin olan filmdə rəssamın əsərləri ilə yanaşı, onun vokal səs imkanları da öz əksini tapıb. Filmin ssenari müəllifi Möhübəddtin Səməd, rejissoru Oqtay Babazadə, operatoru Aqil Abbasovdur.
“Sevla yolu” filmi xalq artisti, “Şöhrət” ordenli Canəli Əkbərova həsr olunub. Filmdə ustad xanəndənin düşüncələri və ifaları səslənib. Filmin ssenari müəllifi Camal Yusifzadə, rejissoru Oqtay Əlizadə, operatoru Adil Abbasdır.
Hazırda QSC-də “Rəsul Rza”, “Marş”, “Müslim Maqomayev”, “Bəhram Mansurov”, “Nargin adası” və “General Əliağa Şıxlinski” filmlərinin çəkilişləri davam etdirilir.

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11