“X nöqtəsi...”
Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi sərgi artıq gənclik dövrünü başa vuraraq sənət yollarında müstəqil surətdə uğurla addımlayan bir qrup perspektivli rəssamın yaradıcılığına dəstək verilməsi, onların əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim edilməsi məqsədi ilə keçirilir.
Nazirliyin mətbuat katibi İntiqam Hümbətovun Lent.az-a verdiyi məlumata görə, sərgidə Anar Hüseynzadə, Adil Yusif, Leyla Nəsibova, Zərnişan Alqayeva, Ramina Saadatxan, Rəşad Babayev, Fərhad Yalquzaq, Elmir Hüseynov, Bütünay Haqverdiyev, Mahmud Rüstəmov, Məmməd Rəşidov, Hüseyn Bağırov, Nazim Şah və Gündüz Ağayevin əsərləri nümayiş etdiriləcək. Adları qeyd edilən rəssamlar yaradıcılıqlarında yeniliklər etməyə, daha böyük uğurlara nail olmağa çalışırlar. Konsepsiyaya görə sənətin uca zirvəsi bu rəssamlar üçün hələ tam şəkildə aydın deyil. Onlar yaradıcılıq axtarışındadırlar. Daim öz üzərilərində işləyərək irəliyə gedirlər. Lakin onların çatmaq, dayanıb-durmaq istədikləri nöqtə hələlik məchuldur. Buna görə də sərgi “X nöqtəsi...” adlandırılır.
İ. Hümbətovun sözlərinə görə, bu ad Anar Hüseynzadənin eyni adlı əsərindən götürülməklə əsasən abstrakt üslubda işlənmiş əsərlərdən ibarət sərginin ümumi mahiyyətini konseptual baxımdan açıqlayır.
Xəyalə

912