Üzeyir Hacıbəylinin “Ləzgi rəqsi”nin partiturasının nəşri təqdim olundu –
Sentyabr 24-də Üzeyir Hacıbəylinin 125 illiyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Ləzgi rəqsi”nin ilk nəşrinin təqdimat mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, mərasimdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək nəşri önəmli hadisə kimi qiymətləndirib. Nazir müavini bildirib ki, bu partitura musiqi kollektivləri üçün böyük bir hədiyyədir.
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru və nəşrin redaktoru, sənətşünaslıq namizədi Alla Bayramova məlumat verib ki, Üzeyir bəy “Ləzgi rəqsi”ni 1932-ci ildə yazıb. Muzeyə isə əsər 1972-ci ildə dirijor Əşrəf Həsənovun arxiv materialları əsasında daxil olub: “Ehtimal olunur ki, əsəri Əşrəf Həsənova Üzeyir bəy özü verib. Üzeyir bəyin özünün sağlığında rəqsin ifa olunub-olunmaması isə məlum deyil. İlk dəfə bir neçə il öncə muzeydə keçirilən “Səslər və kəşflər” tədbirində Gülağa Zeynalovun rəhbərlik etdiyi orkestr ifa edib”.
Çıxışlardan sonra Mədəniyyət və İncəsənət Universitetinin xalq çalğı alətləri orkestrinin (bədii rəhbəri Gülağa Zeynalov) ifasında Üzeyir Hacıbəylinin “Ləzgi rəqsi” təqdim olunub. “Koroğlu” uvertürası, “Sevgili canan“ romansı, “Qaragöz”, “Sən o yanda, mən bu yanda” mahnıları səslənəcək, “Günay” Uşaq Teatrı “Arşın mal alan“ musiqi komediyasından fraqmentlər səsləndirilib.
Bundan başqa, muzeyin hazırladığı Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş sərgi və slayd şou da nümayiş etdirilib.
Xəyalə

Oxşar yazılar

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
15 iyul 2025 , 16:19
Qadın hiyləsi haqqında 10 sitat
14 iyul 2025 , 18:35
Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO
14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO
14 iyul 2025 , 14:49Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32