Çingiz Abdullayev: “Nizami Cəfərov, heç olmasa, öz adından utansın” – MÜSAHİBƏ
“Bu gün dünyada məndən çox tanınan Azərbaycan yazıçısı yoxdur”
Azərbaycan xalq yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin APA-ya müsahibəsi
- Bu günlərdə 50 yaşınız tamam oldu. Yarım əsr yaşamış insan kimi özünüzü necə hiss edirsiniz?
- Özümü çox gözəl və cavan hiss edirəm. Məndən soruşanda on dörd yaşında olduğumu deyirəm.
- Bu yaş həddini yazıçı kimi necə qiymətləndirirsiniz?
- Görünür, insan kimi korlanıram. Ancaq yazıçı kimi yaxşılaşıram. Getdikcə yazıçı kimi daha müdrik oluram, hər şeyi ölçüb-biçə bilirəm. Amma insanlar nəinki dəyişdiyini, dünyanın uçuruma getdiyini görürəm. Ona görə də, deyirəm ki, insan kimi korlanıram, bir qədər mizantrop oluram. Bu, çox maraqlı bir şeydir.
- Bu korlanmanın qarşısını ədəbiyyatla almaq mümkündür?
- Əlbəttə mümkündür. Mən buna inanıram. Bunun uğrunda vuruşuram. Bir dəfə kilsədə xidmət edən bir nəfər mənə dedi ki, sən kitablarınla Allahın tərəfində vuruşursan.
- Ancaq bu vuruşma ədəbiyyat mövcud olandan davam etsə də, qələbə əldə olunmur.
- Xeyir-şər mübarizəsi həmişə olub. Deyirlər ki, heç vaxt xeyir şərə qalib gəlməyib. Axı Cordano Burunonu, Janna Darkı, Qalileo Qalileyi yandırsalar da, nəticə etibarı ilə onlar qalib gəliblər. Nəsiminin dərisini soysalar da, qələbəni o qazanıb. İblislə Allahın mübarizəsində də qalib həmişə ikinci tərəfdir.
- 50 illik yubileyiniz Azərbaycandan başqa hansı ölkədə qeyd olunur?
- Rusiya, Türkiyə, Rumıniya, Avstriya, Almaniya, Gürcüstan və digər ölkələrdə 50 illik yubileyim qeyd olunub. İndi gözləyirəm ki, həmin ölkələrin Azərbaycandakı səfirlikləri yubileyimlə bağlı təltif olunan mükafatları mənə təqdim etsinlər.
- Bu ölkələrdən hansı mükafatları almısınız?
- Müxtəlif orden və medallarla, hətta qızıl medallarla təltif olunmuşam. Mənim üçün ən əziz mükafat isə öz ölkəmdə aldıqlarımdır.
- Ümumiyyətlə, yazıçının orden-medalla mükafatlandırılmasını necə qiymətləndirirsiniz?
- Kiçik oğlum mənə dedi ki, “Ata, müharibə deyil, ancaq sənə orden veriblər”. Ancaq mən özümü döyüşdə hiss edirəm. Azərbaycanın mövqeyini və həqiqətini dünyaya çatdırıram. Bu xidmətlərimə görə heç kimdən orden istəməmişəm. “Şöhrət” ordeni ilə təltif olunmağım gözlənilməz olub. Dövlət başçısı bu ordeni mənə şəxsən verib. Dedilər ki, dövlət başçısı “Xalq yazıçısı” adını sənə necə veribsə, bu təltifi də həmin şəkildə edib. Yəni adım təqdimatda olmayıb. Vaxtilə fəxri ad almağımı istəməyiblər. Məmurlar bir neçə dəfə buna mane olmaq istəsələr də, dövlət başçısı bu addımı şəxsən atıb. Prezidentin kitablarımı oxuduğunu bilirəm.
- Maraqlıdır, kimlər mane olmaq istəyir təltif olunmağınıza?
- Bəzi məmurlar. Onlar hesab edirlər ki, Çingiz hələ cavandır, tələsmək lazım deyil. Əslində, mən də hesab edirəm ki, hələ çox gəncəm. Nəinki Azərbaycanda, hətta SSRİ dövründə də, heç kəsə 46 yaşında “Xalq yazıçısı” fəxri adı verilməyib. Bu adı 50 yaşında alanların sayı 7-8 nəfərdən çox olmayıb. Bunlar Azərbaycanda Səməd Vurğun, Rəsul Rza, Mirzə İbrahimov, SSRİ-də isə Çingiz Aytmatov, Rəsul Həmzətov və digərləri olub. Onlara çatmaq üçün hələ çox işləməliyəm. Lakin tale elə gətirib ki, ən gənc yazıçı kimi “Xalq yazıçısı” adını mən almışam. Bu ad mənim üçün “Nobel” mükafatından da üstündür. Düzdür, “Nobel” alsam, 1 milyon dollar verəcəklər və İsveçdə oxunacağam. Ancaq indi də məni İsveçdə oxuyurlar. Bu gün mən iyirmi yeddi dildə oxunuram, o cümlədən Osloda da kitablarım çıxıb.
- Ancaq Sizi Azərbaycandan çox, dünyada tanıyırlar.
- Bu əvvəl belə idi. İndi Azərbaycanda da çox tanınıram. Məni Azərbaycanda nəinki tanımaqlarına, hətta belə sevdiklərinə də inanmazdım. Son günlər Azərbaycanda bütün rayonların icra başçıları zəng edib ad günümü təbrik ediblər.
- 27 dildə 23 milyondan artıq tirajla çap olunmusunuz. Nə qədər gəlir əldə edirsiniz bu qədər tirajdan?
- Görünür, mən biznesmen ola bilmədim. Çünki mənim dükanlarım yoxdur. Bir dəfə yanıma çəkilişə gələndə dedilər ki, Vergilər Nazirliyi ən çox vergi verən fiziki şəxs kimi mənim adımı təqdim edib. Mən də onlara dedim ki, kül mənim başıma ki, ən çox vergi verən yazıçıdır. Burada Rusiya ilə birlikdə filmim çəkilirdi. Həmin filmə görə 18 min dollar, yəni gəlirimin 35 faizini vergi ödədim. İnana bilmirəm ki, Azərbaycanda belə yazıçı, jurnalist və ya rəssam olsun. Nə kitablarım, nə də ssenarilərim qanundan kənar istifadə olunur. Kitablarım nəşr olunanda qonorarından vergi tuturlar. Ancaq Azərbaycanda son 14 ildə bir qəpik də qonorar almamışam. Mən bütün qonorarımı və maaşımı qaçqınların hesabına köçürürəm.
- Bu gün ədəbiyyat sahəsində dünyanın ən nüfuzlu mükafatı “Nobel” mükafatı hesab olunur. Bu mükafata iddia etmək fikriniz yoxdur?
- Mən təvazökar adam deyiləm. Yazıçılıq bir az qrafomanlıqdır. Yəni sən yazmağı xoşlamalısan. Hətta bir qəpik qonorar almasam belə, yazmaq xoşbəxtlikdir. Bəzən xarici ölkələrə gedənə insanların vağzalda yığışıb mənimlə görüşmək istədiyini görürəm. Təsəvvür edin, 45 yaşım olanda məni 14 min insan təbrik edib. 50 illik yubileyimlə bağlı isə məni təbrik edən insanların sayı hələ hesablanır. Vikpediyaya baxsanız, 40 min dəfə Çingiz Abdullayevin adının çəkildiyini görəcəksiniz. Yəni bütün bunlar mənim ala gözümə aşiq olmağın nəticəsi deyil. İndiyə qədər 11 böyük mükafat almışam. Doğrudur, “Dublin” mükafatını Orxan Pamuka uduzmuşam. Ancaq sevinirəm ki, bu mükafatı türk dünyasının böyük yazıçısı alıb. “Nobel”i istəmədiyimi deyə bilmərəm. Hələ 50 yaşım var, bir az gözləmək olar.
- Belə fikir var ki, detektivi yazmaq yox, oxumaq ayıbdır. Bu fikirlə razısınız?
- Dostoyevski də detektiv yazıb. Bizim son 20 ildə yaşadıqlarımız başdan ayağa detektivdir. 1988-ci ildən 1993-cü il qədər - 5 il ərzində Azərbaycanda 7 rəhbər dəyişib. Beş ildə bir arvadın yeddi əri olsa, onu axırının necə olacağını Allah bilər. XIII əsrdə Dante “İlahi Komediya”, XIX əsrdə Balzak “İnsan komediyası”, XX əsrdə Con Qolsuorsi “Müasir komediya” yazıb, mən isə XXI əsrdə kriminal komediya yazıram. Mənim qəhrəmanlarımın hamısı bir-biri ilə danışır, bir kitabdan başqa kitaba keçirlər. Məncə, yaxşı kitabı oxuyarlar.
- Son vaxtlar Azərbaycanda rusdilli yazıçılarla bağlı tənqidi fikirlər səslənir. Rusdilli yazıçıların yaradıcılığının Azərbaycan ədəbiyyatına aid olmadığını iddia edirlər.
- Çingiz Aytmatov, Oljas Süleymenov, Nizami Gəncəvi hansı millətin yazıçısı hesab olunur? Onlar türk deyil? İngilis dilində yazan görkəmli rus şairi İosiv Brodski kimdir? Anar, Rüstəm İbrahimbəyov, Mirzə Fətəli Axundov, Nəriman Nərimanov da rusca yazıb. İndi onlar rusca yazdıqları üçün Azərbaycan yazıçısı hesab olunmamalıdır? Azərbaycanda bir Telman Çəlyan adında erməni yazıçı var idi. O, ancaq Azərbaycan dilində yazırdı və başqa dil bilmirdi. İndi o, Azərbaycan yazıçısı hesab olunur, Çingiz Abdullayov yox? Məndən həmişə hansı xalqa məxsus olduğumu soruşanda, özümü təhqir olunmuş hesab edirəm. Mən azərbaycanlıyam, bu mühitdə böyümüşəm. İsmayıl bəy Qutqaşınlı fransızca yazıb, bəyəm o, fransız yazıçısıdır? Bu cür iddialar absurd və mənasızdır.
- Bu iddiaların tanınmış professor Nizami Cəfərov tərəfindən irəli sürüldüyündən yəqin xəbərdarsınız?
- Çox maraqlıdır ki, həmin adamın da adı Nizamidir. O, heç olmasa öz adından utansın. Axı, adını daşıdığı Nizami Gəncəvi Azərbaycan dilində bir cümlə də yazmayıb. Nizami Cəfərov öz dissertasiyasında iddia edib ki, Nizami Gəncəvi fars dilində yazsa da, bütün varlığı ilə türk olub. Onda Nizami Cəfərov öz adından imtina etsin. Mən əgər diş qurdalayan düzəltsəydim və o, 27 ölkədə yayılsaydı, yenə də fəxr edərdim ki, azərbaycanlının əl işi dünyada yayılıb. Təsəvvür edin ki, mən kitab yazıram, bütün dünyada yayılır. Avropada elə böyük bir şəhər yoxdur ki, orada mənim əsərlərim yayılmasın. Vaxtilə Çingiz Abdullayev adı ilə kitab nəşr olunanda Moskvada deyiblər ki, qoy o, öz qoyunları ilə məşğul olsun, ya da bazarda göyərti satsın. İndi məni bütün Rusiya böyük həvəslə oxuyur. Azərbaycanda isə deyirlər ki, bu nə yaza bilər, ya da Çingiz Azərbaycan yazıçısı deyil. Nizami Cəfərov gələcəyi uduzub. Məndən üç ay balaca olmağına baxmayaraq, həmişə mənim adımı dərsliklərdən pozur. Bunu özü etiraf edir. Gəlib banketlərimdə yeyir-içir, sonra deyir ki, bağışla Çingiz, adını yenə pozdum.
- Səbəbini soruşmursunuz?
- Deyir ki, sən rusca yazırsan və hələ gəncsən. Ancaq o özü məndən üç ay balacadır. Ona görə deyirəm ki, bu adam gələcəyi uduzub. Bu gün hansı universitetə getsən, birinci mənim adımı çəkəcəklər. İstənilən sorğunu keçirib Azərbaycanda birinci yerdə hansı yazıçının getdiyini soruşsanız, mənim adımı verəcəklər. Bəlkə də bunu demək üçün adam bir qədər utanmalıdır. Ancaq mən utanmıram. Bu gün dünyada məndən çox tanınan Azərbaycan yazıçısı yoxdur. Bu faktdır. Ssenarist Rüstəm İbrahimbəyov, rəssam Tahir Salahov da dünyada çox tanınır. Ancaq mən ədəbiyyat sahəsini nəzərdə tuturam. Bir yazıçı çıxıb desin ki, son beş ildə bir kitabı dünyanın on dilinə tərcümə olunub. Həqiqət budur.
- Siz həm də Yazıçılar Birliyinin maliyyə və təşkilat məsələləri üzrə katibisiniz. Son günlər isə Yazıçılar Birliyində korrupsiya baş verməsi ilə bağlı ittihamlar səslənir.
- Bu fikirlərin hamısı boş və cəfəngiyatdır. Yazıçılar Birliyində xərclənən vəsaitə mən cavabdehəm. Bir qəpik də olsun başqa istiqamətə pul xərclənsə, bilərəm. Yəni bu yazılanların hamısı axmaq fikirlərdir.
- Rəşad Məcid “Ədəbiyyat” qəzetinin ayrılan vəsait müqabilində çox aşağı səviyyədə çıxdığını bildirir, hətta qəzetin rəhbərliyinin dəyişdirilməsinin tərəfdarı kimi çıxış edir...
- Məsələnin ədəbi tərəfi mübahisə oluna bilər. Bu qəzetin ənənəsi var. Ola bilər ki, qəzet bir qədər konservativ çıxır. Hesab edirəm ki, “Ədəbiyyat” qəzeti elə belə də qalmalıdır. Biz Yazıçılar Birliyinin üç ədəbi orqanı olan jurnalları tamamilə gənclərə vermişik. Onlar nə istəyirlər, yazırlar. Bu qəzetin fəaliyyəti kiminsə xoşuna gəlməyə bilər. Mən də istəyərdim ki, “Ədəbiyyat” qəzeti daha cəsarətlə çıxsın. İnanmıram ki, bu qəzetin rəhbərliyi tezlikdə dəyişdirilsin. Qurultaydan sonra bu barədə fikir ola bilər. Qəzet futbol komandası deyil ki, ancaq cavanlardan ibarət olsun. Qaldı Rəşad Məcidin fikirlərinə, Yazıçılar Birliyində demokratiyadır, istənilən fikir səsləndirilə bilər. Hər katibin öz fikri ola bilər.
- Yazıçılar Birliyinin növbəti qurultayı nə vaxt olacaq?
- Artıq sonuncu qurultaydan 5 il keçir. Ola bilər ki, qurultay bu il və ya gələn il keçirilsin.
- Yazıçılar Birliyinə müxalifətdə olanların fikirləri barədə nə deyə bilərsiniz?
- Onlara yazığım gəlir. Yazıçı özünü əsərləri ilə təsdiq etməlidir, axmaq yazıları ilə yox. Mən də cavan olmuşam...
- Onların yazılarını oxuyursunuz?
- Oxusam da, heç vaxt cavab vermirəm. Səbəbini soruşanda isə deyirəm ki, axı, mən milçəyə və ya ağcaqanada necə cavab verim? Məni təhqiramiz fikirlər səsləndirməkdə ittiham edə bilərlər. Mən də deyirəm ki, belələrinə başqa necə cavab verim? Bax, siz Nizami Cəfərovu soruşdunuz. Qoy o bir sətir yazsın və həmin misranı 27 dilə tərcümə etsinlər. Onda mən onunla eyni çəkidə olaram. Əgər bunu bacarmırsa, mən onunla nə danışım? Və ya bu gün bir qrup gənc yazar Anara qarşı çıxır. Onlara demək lazımdır ki, siz Anarın etdiklərinin yüzdə birini edin, sonra danışın. Yəni mənimlə danışmaq istəyən, bir sətir yazsın, dünya dillərinə tərcümə olunsun, sonra buyursun, gəlsin.
- Ümumiyyətlə, gəncləri oxuyursunuz?
- Bəli, bu gün İlqar Fəhminin, Elçin Hüseynbəylinin, Səlim Babullaoğlunun və digərlərinin yaradıcılığını yüksək qiymətləndirirəm.
- Bəs, Yazıçılar Birliyinə müxalifətdə olanları necə?
- Onların da yaradıcılığını izləyirəm. Murad Köhnəqala çox gözəl şairdir. Ancaq o, şairliyi ilə məşğul olsaydı, daha yaxşı olardı. Rafiq Tağı da istedadlı adamdır. Ancaq o, axırda elə yazılar yazdı ki, məcbur olub Yazıçılar Birliyindən çıxartdıq. Bəzi cavanlar əvvəl bizdən yazır, bizdən qurtarandan sonra Füzulinin şarlatan olduğunu iddia edir, axırda söymədiyi yazıçı qalmayanda peyğəmbərdən yazmağa başlayırlar. Peyğəmbərə böhtan atan adama mən nə deyim?
- Onlar postmodernist olduqlarını iddia edirlər.
- Bir dəfə Anarla birlikdə Orxan Pamukla söhbət edirdik. Anar Orxan Pamuka sual verdi ki, sizə postmodernist deyirlər və bizim cavanlarımız da bu yolla gedir. Orxan Pamuk da cavab verdi ki, mənə postmodernist deyirlər, amma bunun nə olduğunu bilmirəm. Bu adamları Azərbaycan qəbul etmirsə, qoy Gürcüstan, Türkiyə, Rusiya qəbul etsin. Axı, bu adamları heç öz kəndlərində belə tanınmırlar və oxunmurlar. Ona görə də bu cür fikirlər gülməlidir.

2661