Berlində Azərbaycan dili ilə bağlı tədbir olacaq
17 fevral 2010 15:30 (UTC +04:00)

Berlində Azərbaycan dili ilə bağlı tədbir olacaq

21 fevral Beynəlxalq Ana Dili günü münasibətilə Berlində fəaliyyət göstərən Azərbaycan Kültür Ocağı tədbir keçirəcək. Bu barədə Lent.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Tədbirdə dilçi alim və mütəxəssislər iştirak edəcəklər. Azərbaycan diasporunun fəal üzvlərinin də qatılacağı toplantıda dil problemləri ətrafında müzakirələr və dilin hazırkı inkişafı haqqında söhbətlər aparılacaq. Ankaradan və Amsterdamdan gələn mütəxəssislər Seyfəddin Altaylı və Muxtar Şəms ana dilimizin problemləri barədə fikirlərini bölüşəcəklər. Bu barədə məlumat verən Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samira Patzer-İsmayılova bildirib ki, mədəni irsin təməl sütunlarından olan, insanın milli-mədəni mənsubiyyətini və mənəviyyatını müəyyən edən əsasların ən vacibi olan dil amilinin Almaniyada yaşayan azərbaycanlıların və böyüyən gələcək nəslin həyatında böyük əhəmiyyəti var və ana dilimizi qorumaq hər kəsin üzərinə düşən tarixi vəzifədir.

Qeyd edək ki, UNESCO 1999-cu ildə fevralın 21-ni Beynəlxalq Ana dili Günü elan edib. Berlində fəaliyyət göstərən Azərbaycan Kültür Ocağı bu günə böyük əhəmiyyət verərək, son illərdə dilçi alimlərin iştirakıyla müxtəlif tədbirlər təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 790

Oxşar yazılar

Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə

Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə

8 iyun 2025 , 23:52
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07