Böyü Teatrın solistləri ilə “Qu gölü” –
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində P.İ.Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçirilib. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tamaşada əsas rolları Rusiya Dövlət Akademik Böyük Teatrının solistləri – Rusiyanın xalq artisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Mariya Allaş (Odetta-Odilliya) və Rusiyanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Aleksandr Volçkov (Şahzadə Ziqfrid) ifa ediblər.
Tamaşa MDB-nin üzvü olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilib və Birlik ölkələri arasında mədəni əlaqələrinin yaranması və möhkəmlənməsinə xidmət edib. Tamaşada Azərbaycan balet truppasının artistləri – Kamilla Hüseynova, Rimma İsgəndərova, Yelena Skomoroşenko, Yuliya Ferştandt, Səbinə Hacıdadaş, Nigar İbrahimova, Makar Ferştandt, Gülağası Mirzəyev, İslam İslamov da uğurla çıxış ediblər.
Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edib.
Jalə

Oxşar yazılar

Arif Babayevin vəziyyəti ağır olaraq qalır - YENİLƏNİB
26 iyul 2025 , 14:38
Allahverdi Yolçuyevə iş tapıldı - ÖZÜ DANIŞDI
26 iyul 2025 , 11:34
Qədim Romada xəyanət edən qadına hansı cəza verilirdi? - Qan donduran FAKTLAR
25 iyul 2025 , 20:15
"336 manat 58 qəpik təqaüd alıram" - Küçədə corab satan aktyorla MÜSAHİBƏ
25 iyul 2025 , 14:54
Leonardo da Vinçi müəmması: Kainatın sirrini “Vitruviyalı adam”ın ayaqları arasında gizlədib
22 iyul 2025 , 20:15
Şuşada Vaqif Poeziya günləri keçirilir
22 iyul 2025 , 18:37
Yay günlərində izləyə biləcəyiniz 6 film - VİDEO
21 iyul 2025 , 16:57