Gənc Tamaşaçılar Teatrında pulsuz tamaşalar başlayır
Lent.az-ın məlumatına görə, bu gün axşam saat 19-da isə Dövlət Gənc Tamaşaçılar Teatrında Festivalın açılış mərasimi baş tutacaq.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimovun, Mədəniyyət və Turizm Nazirliyinin, millət vəkillərinin, tanınmış incəsənət xadimlərinin iştirakı gözlənilir. Ekologiya, ətraf mühitin mühafizəsi mövzusuna həsr edilən festivalın qiymətləndirmə mərhələsi Dövlət Gənc Tamaşaçılar Teatrında noyabrın 27-dən noyabrın 30-dək davam edəcək. Festivalda nümayiş olunacaq tamaşalar ekologiya, ətraf mühitin mühafizəsi mövzusuna həsr olunub. Festival çərçivəsində istər peşəkar, istərsə də həvəskar gənc teatr kollektivlərində seçim aparılıb. Bakının 8, habelə Sumqayıt, Ucar, Zaqatala, Ağdam, Zərdab truppalarının iştirak etdiyi festivala ümumilikdə 100-dən artıq gənc qatılıb, 13 maraqlı, aktual mövzulu tamaşa hazırlanıb. “Zibil düşüncə”, “13 yaşlı qızın gündəliyi”, “Ekosit”, “Qoy nəfəs alım”, ”Zibilə düşdük”, “Oksigen balonu” və s tamaşalarla 4 gün ərzində tamaşaçıları, xüsusən də gənc auditoriyanı teatra səsləyəcək.
Tamaşalar saat 19:00-dan Gənc Tamaşaçılar Teatrdan başlayacaq.
Festivalın informasiya dəstəyi Lent.az İnformasiya Agentliyi, Gundem.az xəbər saytı və Araz FM radiosudur.
Jalə

Oxşar yazılar

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
15 iyul 2025 , 16:19
Qadın hiyləsi haqqında 10 sitat
14 iyul 2025 , 18:35
Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO
14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO
14 iyul 2025 , 14:49Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32