Türkan Şoray şokdadır -
Lent.az-ın məlumatına görə, bunu bir neçə gündür, Bakıda qonaq olan türk filmlərinin canlı əfsanəsi Türkan Şoray teleaparıcı Səxavət Nurun “İmza mən” verilişində qonaq olarkən deyib. Türkan Şoray Azərbaycanda olmağından məmnunluqla danışıb: “İlk dəfə 21 il əvvəl Azərbaycanda olmuşam. Bu, ikinci səfərimdir. Burada mənə qarşı olan sevgidən şoka düşdüm. Əlimdə imkanım olsa, burda çox qalardım”.
Aktrisa həmçinin onu da əlavə edib ki, Azərbaycan filmlərində çəkilmək üçün təklif gələrsə, məmnuniyyətlə qəbul edər: “Belə bir təklif olsa idi, sevə-sevə Azərbaycan filmlərində çəkilərdim”.
Qeyd edək ki, İstedadlı və yaradıcı gənclərin II Respublika Toplantısı çərçivəsində Bakıda qonaq olan aktrisa gənclərlə görüşərək, onlara kino sənəti sahəsində ustad dərsləri keçəcək.
Master klasdan əlavə Türkan Şorayın yeni filminin nümayişi və müəllifi olduğu kitabın təqdimat mərasiminin keçirilməsi də nəzərdə tutulub.
Yalçın Süleymanov

Oxşar yazılar

Dahilərdən yumor haqqında 10 aforizm
18 aprel 2025 , 18:24
Mehriban Xanlarova və Münəvvər Əliyeva nazirə şikayət etdi
18 aprel 2025 , 16:30
Mənim üçün yarım milyon kino pulu deyil - Rejissor Elxan Cəfərov
18 aprel 2025 , 14:54
Əməkdar artist Vahid Əliyev xəstəxanaya düşdü
18 aprel 2025 , 12:07
Konfutsidən dostluqla bağlı 7 sitat
18 aprel 2025 , 09:23
Ağır bir günün ardından izlənməli 6 film - VİDEO
17 aprel 2025 , 14:26
Əfsanə sənətkarın həyatı ekranlaşdırılır... Adile Naşiti o canlandıracaq!
16 aprel 2025 , 11:45