“Ala gözlüm” 30 il bundan öncə -
“Sevilən mahnıların olmamasında dinləyicilər günahkardır. Dinləyicilərlə sənətçilər arasında anlaşma olmalıdır. Dinləyicilərin zövqsüz olmasına səbəb sənətçilərdir. Nə qədər ki maddiyyat mənəviyyatdan üstün tutulur, bu belə davam edəcək”. Bunu Lent.az-a açıqlamasında xalq artisti Akif İslamzadə ifa etdiyi məşhur “Neyləyim”, hamının yaddaşında isə “Alagözlüm” kimi qalan mahnısından danışarkən deyib.
Xalq artisti sözləri Nigar Rəfibəyliyə, musiqisi Emin Sabitoğluna məxsus olan 30 yaşlı mahnının ilk ifaçısı kimi yubiley tədbiri keçirib. Emin Musəvinin aparıcılığı ilə keçirilən tədbirə xalq artistləri Amalya Pənahova, Nazpəri Dostəliyeva, əməkdar artistlər Tünzalə Ağayeva, İlqar Muradov, Sevda Ələkbərzadə, müğənnilər Emma Ələkbərzadə, Faytonçu Nazim, Zamiq, Rüstəm(“Şeron”), Akif İslamzadənin yaxınları, dostları qatılıb.
Mahnının xalq artistinin həyatında və Azərbaycan musiqisində dərin iz buraxdığını deyən Emin Musəvi bildirib ki, “Alagözlüm” sözün əsl mənasında sənət əsəridir. Daha sonra sözügedən ifa yenidən dinlənilib.
Xalq artisti Amalya Pənahova çıxış edərək,mahnının tarixçəsindən danışıb:”1982-ci ildə Rəsul Rza dünyasını dəyişmişdi. Nigar xanımın da bundan xəbəri yox idi. Xəstəxanada yatırdı, ağır idi. Onun könlünü almaq üçün oğlu Anar Emin Sabitoğlundan xahiş edərək, bildirib ki, anasının yazdığı bu şeirə mahnı bəstələsin. Emin Sabitoğlu da bu mahnını bəstələyib. Mahnı studiada deyil, ev şəraitində yazılıb. İlk dəfə məhz Akif İslamzadə oxuyub və çox uğurlu alınıb”.
Daha sonra çıxış edən Tünzalə Ağayeva, İlqar Muradov və başqa qonaqlar mahnı haqqında öz fikirlərini söyləyiblər, mahnılar səsləndiriblər.
Jalə

Oxşar yazılar
Azərbaycan əsilli rejissorun filmi Kann kino festivalının qalibi oldu
25 may 2025 , 01:19
Dahilərdən evlilik haqqında 10 sitat
24 may 2025 , 20:00
Vampirlər, casuslar, romantizm - Çox maraqlı 10 film -VİDEO
24 may 2025 , 10:56
Sizi yaşamağa həvəsləndirəcək 5 film -VİDEO
23 may 2025 , 17:47
Adrenalin dolu 5 film
23 may 2025 , 14:17
“Məni öldürmək üçün 10 min dollar ayrılmışdı” - Çingiz Abdullayevlə MÜSAHİBƏ
22 may 2025 , 14:04
Youtube erməni qarmonçunun videolarını SİLDİ
22 may 2025 , 11:02