“Sarı gəlin” haqqında daha bir film təqdim ediləcək
Nizami Kino Mərkəzində alman kinematoqrafçılarının "Salnamə" studiyası ilə birgə çəkdikləri "Sarı gəlin. Azərbaycanda muğam-caz" sənədli filminin təqdimatı keçiriləcək. Lent.az-ın xəbərinə görə, yalnız caz pərəstişkarlarının deyil, ümumiyyətlə kino və musiqisevərlərin böyük marağına səbəb olacaq filmi tamaşaçılara almaniyalı rejissor Klaus Bernhardt və onun həmkarları təqdim edəcəklər. 40 dəqiqəlik filmdə milli musiqimizə, onun mahir ifaçılarına və ümumilikdə mədəniyyətimizə avropalıların baxışı öz əksini tapıb.
Tədbir noyabr ayının 14-də saat 19:00-da baş tutacaq.
Jalə
Tədbir noyabr ayının 14-də saat 19:00-da baş tutacaq.
Jalə
740