
Ukrayna və Moldovanın opera ulduzları Azərbaycana gəlir - FOTO
Noyabrın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Riqoletto” operasının tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, böyük tamaşaçı rəğbəti qazanan bu tamaşada iştirak etmək üçün Opera və Balet Teatrının rəhbərliyi Moldova və Ukraynadan olan vokalçıları dəvət edib. Belə ki, Cilda partiyasını Moldova Milli Opera və Balet Teatrının aparıcı solisti, Moldovanın əməkdar artisti Liliya Şolomey ifa edəcək. Dünyanın on altı ölkəsində uğurlu qastrol səfərlərində olan L.Şolomey Cilda partiyasının ən yaxşı ifaçılarından biri sayılır. Hersoq rolunda isə Ukraynanın əməkdar artisti, Odessa Milli Akademik Opera və Balet Teatrının solisti Vladislav Qoray çıxış edəcək. V.Qoray opera müğənnisi kimi Böyük Britaniya, İspaniya, Fransa, İtaliya, ABŞ, Kanada, Hollandiya, İsveçrə və Belçika kimi ölkələrdə uğurlu qastrol səfərlərində olmuşdur. 2005-ci ildən bəri o hər il İsraildə “Müqəddəs torpağın üç tenoru” adlı layihədə iştirak edir. Tamaşada Riqoletto partiyasını Azərbaycanlı opera ulduzu, xalq Artisti Əvəz Abdullayev ifa edəcək.
Tamaşanın dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərovdur.
Tamaşanın dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərovdur.
Oxşar yazılar

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO
14 iyul 2025 , 14:49Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10