“Mədəniyyət haqqında” qanun qəbul edildi
Lent.az-ın verdiyi məlumata görə, layihə barədə məlumat verən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib ki, mədəniyyəti xalq yaradır, ancaq hər zaman Üzeyir Hacıbəyov, Səməd Vurğun yetişmir. Nizami Cəfərov bildirib ki, son 10 ildə Azərbaycanda mədəniyyət sahəsində köklü dəyişikliklər baş verib, yaradıcı təşkilatların spesifikası dəyişib, xeyli yaradıcılıq uğurları əldə olunub və bu, qanunvericilik sahəsində də əsaslı dəyişiklik etməyə vadar edir. Nizami Cəfərov qeyd edib ki, birinci oxunuşda təqdim olunan layihə kifayət qədər mükəmməl olmadığından dəyişdirilib və ikinci oxunuş üçün təqdim olunan layihə kifayət qədər təkmildir: “Bu sənəd ölkədə mədəniyyət və incəsənət sərvətlərinin yaradılması, qorunması, dirçəlişi, inkişafı və yayılması sahəsində yaranan münasibətləri tənzimləyir. Qanun layihəsi eyni zamanda mədəniyyət sahəsində insan hüquq və azadlıqları, bu sahədə hüquqi, təşkilati, iqtisadi və sosial təminatlarını, mədəniyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsiplərini müəyyən edir. Sənəd 12 fəsil 69 maddədən ibarətdir”.
Nizami Cəfərovun sözlərinə görə, layihə birinci oxunuşdan fərqli olaraq ciddi dəyişiklə işlənib. İlk layihədə qanun 9 fəsil 44 maddədən ibarət olsa da, ikinci oxunuşda təkmil işlənmədən sonra daha geniş spektri əhatə edib: “Qanun layihəsində mədəniyyət sahəsində dövlət reyestrinin aparılması öz əksini tapıb. Bu dövlət reyestri sistemi müxtəlif reyestrlər, kataloqlar, uçot sistemləri, dövlət mədəniyyət əmlakının siyahıları, qeydiyyat sistemlərindən ibarətdir. Eyni zamanda qanun layihəsində mədəniyyət sahəsində dövlət monitorinqinin aparılması öz əksini tapıb. Monitorinqlər mədəniyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsinin cari vəziyyəti və mövcud boşluqların müəyyən edilməsi və gələcək siyasət istiqamətlərinin və mədəniyyət siyasəti tədbirlərinin müəyyən edilməsi məqsədi ilə həyata keçirilir. Sənədə mətbəx mədəniyyətini də ilk dəfə daxil etmişik”.
Mədəniyyət komitəsinin sədri layihə ilə bağlı iradlardan daha çox təklifə ehtiyac olduğunu vurğulayıb.
Sənəd müzakirəyə çıxarılaraq qəbul edilib.
Ramiz

1258