Rusiyanın gözü 18 yaşlı azərbaycanlı qızda - FOTO
01 noyabr 2012 16:52 (UTC +04:00)

Rusiyanın gözü 18 yaşlı azərbaycanlı qızda - FOTO

Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, Rusiyanın Çukotiya vilayətinin Kançalan rayonunda yaşayan Samirə Əsədova yazdığı “Tımnekvina nənənin nağılları” kitabına görə üzvlüyə layiq görülüb. Onun İttifaqa üzv olması üçün zəmanəti isə Rusiya Uşaq Fondunun prezidenti, eyni zamanda ittifaqın üzvü Albert Lixanov verib.

Məlumata görə, Samirənin valideynləri neçə ildir Çukotiyada yaşayırlar. Elə onlar özləri də qızları kimi Rusiyada ilkə imza atıblar: Əsədovlar nəinki Rusiyada, dünyada maralçılıqla məşğul olan yeganə azərbaycanlıdılar.

Samirənin adı gedən kitabı tanımış çukot şairi Rıtxeunun şərəfinə keçirilən müsabiqədə də qalib olub. Həmin kitab rus və çukot dillərində nəşr edilib.

Həmyerlimiz bu il tələbə adını da qazanıb. O, Gertsen adına universitetin tələbəsi olub. Hazırda onun “Arqiş yolu ilə Kançalan çauçuna doğru” kitabı da çapa hazırlanır. Kitab yerli maralçıların həyatından bəhs edir.

Səbuhi Məmmədli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7660

Oxşar yazılar