“Eurovision 2013″ uğurunda mübarizə başlayır
30 oktyabr 2012 21:26 (UTC +04:00)

“Eurovision 2013″ uğurunda mübarizə başlayır

“Eurovision 2013″ Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək namizədin müəyyənləşdirilməsi məqsədilə keçirilən milli seçim turlarında iştirak üçün 128 nəfər sənəd verib.

Lent.az-ın xəbərinə görə, bu barədə “Eurovision” Mahnı Müsabiqəsi üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri Hüsniyə Məhərrəmova məlumat verib. Onun sözlərinə görə, noyabr 1-2-si tarixlərində münsiflər heyəti tərəfindən dinləmələrə başlanılacaq.

Dinləmələrdə hər bir iştirakçı 2 mahnı ifa etməklə səs və səhnə imkanlarını hərtərəfli göstərə biləcək. Dinləmələrdən keçən şəxslər milli seçim turunun əsas mərhələsində İctimai Televiziyanın canlı efirində yarışacaqlar.

Milli seçim turunun əsas mərhələsi noyabrın ortalarında başlayacaq.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 856

Oxşar yazılar