Azərbaycanlı müğənni Əmrə Aydınla eyni səhnədə
24 oktyabr 2012 12:47 (UTC +04:00)

Azərbaycanlı müğənni Əmrə Aydınla eyni səhnədə

Gənc müğənni Leyla Ramazanlı Bakıda türkiyəli tanınmış müğənni Əmrə Aydınla birgə konsert verəcək. Leyla Ramazanlı Lent.az-a açıqlamasında konsertə necə hazırlaşdığı barədə danışıb: “Noyabrın 17-də Əmrə Aydınla “Buta Palace”da verəcəyim konsertə hazırlaşıram. Düşünürəm ki, çox yaxşı konsert proqramı ilə çıxış edəcəyik. Bizim ifamızdan sonra isə tanınmış DJ-lər səhnəyə çıxacaqlar”.




Qeyd edək ki, konsertin təşkilatçısı “A plus production”dır. Şirkətin rəhbəri Əli Hüseynov Lent.az-a bildirib ki, bu konsert proqramı səhərə qədər davam edəcək. Konsert biletlərini şəhərin bir çox satış nöqtəsindən əldə etmək mümkündür. Biletlərin qiyməti isə 40-100 manat arasındadır. Təşkilatçı onu da qeyd edib ki, konsert gününə yaxın biletlər bahalaşacaq.


Yalçın Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1666

Oxşar yazılar