Təbrizdəki muğam konserti Tehranda da davam edəcək
Tanınmış xanəndə Nasir Ətapur bu il avqustun 11-də İranın Şərqi Azərbaycan vilayətində baş vermiş dağıdıcı zəlzələdən zərər çəkmiş əhaliyə yardım etmək məqsədilə Təbrizdə xeyriyyə konserti ilə çıxış edib.
Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, o, bu nəcib işini oktyabrın 25-də və 26-da Tehranın "Vəhdət" konsert və teatr salonunda da davam etdirmək niyyətindədir.
Konsertə İran rəsmiləri, Tehranda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, ölkə ictimaiyyətinin tanınmış simaları, o cümlədən zəlzələ bölgəsinə yardım edən şirkətlərin rəhbərləri, şöhrətli idmançılar və sənət adamları dəvət olunub.
Xanəndəni Azərbaycan muğam musiqi qrupu - tarda Etibar Quliyev, kamançada Yaşar Cavadpur, nağarada Rza Nəbahət, balabanda Cəlil Həmidi müşayiət edəcəklər.
Konsertlə bağlı hazırlanmış dəvətnamələrdə və biletlərin üstündə xüsusi olaraq qeyd olunub ki, Heydər Əliyev Fondunun 2007-ci ildə təşkil etdiyi Beynəlxalq Muğam Müsabiqəsinin qaliblərindən Nasir Ətapur ötən dövrdə böyük yaradıcılıq məktəbi keçib. O, Azərbaycan Milli Konservatoriyasının magistridir.
Eyni məqsədlə Təbrizdə təşkil olunan, İran rəsmilərinin, Azərbaycan Respublikasının və Türkiyənin Təbrizdəki baş konsulluqlarının kollektivlərinin də qatıldıqları konsertdə 1200 nəfərə yaxın tamaşaçı iştirak edib.

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06