Filmlərimiz Azərbaycan-London Kino Festivalında nümayiş olunacaq
Noyabrın 1-dən 4-dək Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində Azərbaycan Mədəniyyətlərarası Cəmiyyəti, Avropa Azərbaycan Cəmiyyəti və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə ənənəvi Bakı-London Kino Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, gənc azərbaycanlı rejissorlara öz sənət əsərlərini beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı yaradan festivalın açılış mərasimində britaniyalı kinosevərlərə Azərbaycanın bədii və sənədli filmləri təqdim olunacaq.
Müasir dövrdə ölkəmizdə ən son lentə alınmış filmlərin "Shortwave cinema" kinoteatrında, Afrika və Şərqşünaslıq məktəbində və London Universitetində nümayiş etdirilməsi nəzərdə tutulub.
Tədbir çərçivəsində Londonda yaşayan gənc azərbaycanlı rəssam Nailə Zülfüqarovanın sərgisi də keçiriləcək.
Jalə

Oxşar yazılar

14 ildə ilk dəfə: Ancelina Coli Kann film festivalına qar kimi ağ paltarda qatıldı
18 may 2025 , 09:35
Sevgi təhlükəli olanda: qısqanclıq və qəddarlıq haqqında 5 film - VİDEO
16 may 2025 , 17:38
Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13
Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16