Tünzalə Ağayeva: “Bu, mənim üçün bir ilkdir” –
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə Bakıda ənənəvi Beynəlxalq Caz Festivalının növbəti konserti keçirilib. Lent.az-ın məlumatına görə, Azərbaycan Dövlət Filarmoniyasında bu dəfə Azərbaycanın görkəmli dirijoru Yalçın Adıgözəlov, əməkdar artist Tünzalə Ağayeva, Rusiyalı pianoçu Vyaçeslav Qryaznov çıxış edib.
Konsertdən öncə jurnalistlərə açıqlama verən Tünzalə Ağayeva festivalda iştirakını həyatında və yaradıcılığında baş verən önəmli hadisə kimi qiymətləndirib: “Çox xoşbəxtəm ki, həyatımda sevdiyim işlə məşğulam, yüksək professionallarla çalışdım hər zaman, yazdığım, oxuduğum mahnılarımda, konsertlərimdə ruhun, mənəviyyatın səsini çatdırmağa çalışıram sizlərə. Böyük dünya musiqisini ifa etmək mənə ayrıca zövq verir, hələ üstəlik simfonik orkestrin müşayiəti ilə və maestro Yalçın Adıgözəlovla bir səhnəni bölüşmək mənim üçün şərəf və ciddi bir professional addımdır Hər dəfə daha çox zəhmət, üzərimdə ifaçı, müəllif kimi çalışmaq, daha professional olmaq, daha çox təcrübə qazanmaq mənim işimdə olan prinsipimdir. Bu, mənim yaradıcılığımda yeni bir addım olacaq. Çünki mən ilk dəfədir ki, simfonik orkestrlə səhnəyə çıxacağam”.
Əməkdar artist bildirib ki, bu konsert ənənəvi klassikadan fərqlənəcək: “Repertuarımız çox zəngindir. İlk Amerika operasından fraqmentlər təqdim edəcəyik. Bu, öyrəşdiyimiz klassika yox, caz festivalı olduğu üçün bir az cazyönümlü olacaq. Tamaşaçı üçün də yenilikdir”.
Dünya musiqisindən bir-birindən maraqlı əsərlər səsləndirən əməkdar artisti və musiqiçiləri tamaşaçılar sürəkli alqışlarla yola salıblar.
Xatırladaq ki, 10 gün ərzində Heydər Əliyev Sarayında, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Bakı Caz Mərkəzində, Beynəlxalq Muğam Mərkəzində dünyanın tanınmış caz ustaları və qrupları, Azərbaycan musiqiçiləri çıxış edəcəklər.
Konsertlərin biletlərini mərkəzləşdirilmiş kassalardan əldə etmək olar.
Onu da əlavə edək ki, 1967-ci ilin iyun axşamlarının birində bakılıların çox xoşladığı "Yaşıl teatr"da Bakıda ilk caz festivalı keçirilib. O vaxta qədər Azərbaycanda caz "dissident" musiqidən başlayaraq kütləvi xalq sənətinə çevrilməyə qədər zəngin bir inkişaf yolu keçib.
Jalə

2593