Müslüm Maqomayevə ithaf olunan daha bir müsabiqə başlayır
Oktyabrın 20-si və 21-də Moskvada Müslüm Maqomayevin adına vokalçıların II beynəlxalq müsabiqəsinə start veriləcək. APA-nın məlumatına görə, müsabiqə ilə əlaqədar olaraq Müslüm Maqomayevin həyat yoldaşı, SSRİ xalq artisti, müsabiqənin münsiflər heyətinin sədri Tamara Sinyavskaya mətbuat konfransı keçirib. Mətbuat konfransında Tamara Sinyavskaya müsabiqə iştirakçıları media mənsublarına təqdim edib.
Tamara Sinyavskaya bildirib ki, Müslüm Maqomayevin əziz xatirəsinə ithaf olunmuş vokalçıların II beynəlxalq yarışması Müslüm Maqomayevin adı və yaradıcılığı kimi ən yüksək səviyyədə təşkil olunacaq. O da əlavə olunub ki, iştirakçılar həm klassik, həm də estrada janrında olan mahnıları ifa edəcəklər.
Qeyd edək ki, seçim turundan sonra, əsas iştirakçı adına yalnız 17 nəfər sahib olub. İki turdan ibarət olan müsabiqədə iştirakçılar iki fərqli səpgidə olan musiqi nömrələri ilə çıxış edəcəklər. Müslüm Maqomayev Mədəni İrsi Fondunun təsisçisi, iş adamı Araz Ağalarov öncə iştirakçıları təbrik edərək, müsabiqənin möhtəşəm və yaddaqalan olacağından danışıb. İştirakçıların çətin və məsuliyyətli seçimlərdən keçdiyini deyən Araz Ağalarov qeyd edib ki, keçən müsabiqədə olduğu kimi bu il də qalibləri yüksək mükafatların gözləyir.
Xatırladaq ki, Tamara Sinyavskayanın rəhbərlik etdiyi münsiflər heyətinə Rusiyanın xalq artistləri Yelena Obratsova, Layma Vaykule, Dmitriy Berman, Azərbaycanın xalq artisti Fərhad Bədəlbəyli daxildir.

Oxşar yazılar

Sevgi təhlükəli olanda: qısqanclıq və qəddarlıq haqqında 5 film - VİDEO
16 may 2025 , 17:38
Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13
Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26