Növbəti “Eurovision” həyəcanı başlayır
Müsabiqənin Azərbaycan üzrə təşkilatçı və yayımçısı İctimai Teleradio şirkəti 2013-ci ildə bu müsabiqədə ölkəmizin təmsilçisini müəyyən etmək üçün milli seçim turuna başlayıb.
Lent.az-ın İTV-yə istinadən verdiyi xəbər görə, yaşı 16-dan yuxarı olan, öz istedadına və peşəkarlığına güvənən şəxsləri müsabiqəyə dəvət olunur. Bildirilir ki, müsabiqəyə qatılan şəxslər gözəl səs , rəqs etmək və səhnə mədəniyyətinə malik olmalıdırlar.
İştirak etmək istəyənlər oktyabrın 15-dən 25-dək İctimai Televiziyanın 406-cı otağındakı Təşkilat Komitəsinə müraciət edə bilərlər.
Hər bir iştirakçı müsabiqəyə qatılmaq üçün 3 ədəd müxtəlif rakursdan çəkilmiş şəkil, şəxsiyyət vəsiqəsinin surətini və xüsusi anketi təqdim etməlidir. Anket formasını İTV-nin saytından əldə etmək mümkündür.
Əlaqə telefonları: 404 11 62
Qeyd edək ki, Azərbaycan bu müsabiqəyə ilk dəfə 2008-ci ildə qoşulub. Həmin il ölkəmizi Samir Cavadzadə və Elnur Hüseynov dueti təmsil edib. 2009-cu ildə Moskvanın “Olimpiysk” kompleksində Aysel və Araş “Always” mahnısı ilə ölkəmizin adını üçüncü pilləyə yüksəldib. Norveçin paytaxtı Osloda keçirilən “Eurovision-2010” yarışmasında isə Səfurə Əlizadə “Drip drop” mahnısını ifa edib. Təmsilçimiz bu çıxışı ilə beşinci yerə çıxıb. 2011-ci ildə Almaniyanın Düsseldorf şəhərində “Esprit arena”da baş tutan “Eurovision-2011”də Azərbaycan Eldar Qasımov və Nigar Camalın “Running scared” mahnısı ilə birinci yerə çıxaraq müsabiqəni Azərbaycana gətirib. 2012-ci ildə Bakıda keçirilən müsabiqədə ölkəmizi Səbinə Babayeva təmsil edərək, 4-cü pillədə yer tutub. Bakıda keçirilən müsabiqənin qalibi İsveç olub.
Beləliklə, 2013-cü ildə “Eurovision” Mahnı Müsabiqəsi İsveçin Malmö şəhərində keçiriləcək.
Jalə

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06